Siyasət

  • 3 832

“Azərbaycan və Türkiyə bir-birinin dəstəyinə arxalana bilər" ÖZƏL-MÖVQE

image

“Ümumiyyət hər zaman Azərbaycan-Türkiyə münasibətləri çox sıx və yüksək səviyyədə olub”. Bunu SİA-ya açıqlamasında millət vəkili Aytən Mustafayeva Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinə münasibət bildirərkən deyib.Onun sözlərinə görə, qardaş ölkə həmişə Azərbaycanın dar günündə çiyin-çiyinə duraraq dövlətimizə dəstək olub: “Ona görə də bu gün hər iki ölkənin münasibətləri həm siyasi, iqtisadi, həm də geosiyasi maraqlar çərçivəsində yüksələn xəttlə inkişaf etdirilir. Hesab edirəm ki, Azərbaycan və Türkiyə bir-birinin dəstəyinə arxalana bilər. Azərbaycanla Türkiyə qardaş dövlətlərdir, bu qardaşlığa və dostluğa xətər yetirmək qeyri-mümkündür. Ayrıca Türkiyə Qarabağ probleminin həlli məsələsində Azərbaycana ən çox dəstək verən ölkədir və bu məsələdə daima səmimi şəkildə ölkəmizin yanında beynəlxalq hüququn tərəfində olub. Azərbaycan və Türkiyə regional və beynəlxalq arenada birgə fəaliyyət göstərən iki dost və qardaş ölkələrdir. İki ölkə arasında son illər tək siyasi deyil, iqtisadi, mədəni, ümumiyyətlə, hərtərəfli əlaqələr yüksəlməkdə davam edir. Tək regional deyil, beynəlxalq aləmdə irimiqyaslı layihələr həyata keçirilməkdədir. Bundan əlavə, hər iki ölkədə prezident seçilən şəxslər ilk xarici səfərlərini bir-birilərinin ölkələrinə edirlər. Əksəriyyət bu münasibətləri artıq digər ölkələr üçün nümunə sayıla biləcək adlandırır”.

sia.az

Digər xəbərlər