Siyasət

  • 3 984

“Səs” İnformasiya Agentliyinin kollektivini təbrik edirlər TƏBRİKLƏR

image

“Səs” İnformasiya Agentliyinin 10 illik yubileyi münasibətilə redaksiyaya hökumət və dövlət nümayəndələri, millət vəkilləri elm və təhsil işçiləri, KİV nümayəndələri tərəfindən təbrik məktubları daxil olmaqdadır. Təbrik məktublarında redaksiyanın kollektivi təbrik edilir, məsuliyyətli və şərfli işlərində yeni yaradıcılıq uğurları arzulanır.

AZƏRTAC İdarə Heyətinin sədri Aslan Aslanov: ““Səs” İnformasiya Agentliyinin böyük xidmətləri var”

- Əsası Ulu Öndər Heydər Əliyevin tərəfindən qoyulan, hazırda Prezident İlham Əliyevin müvəffəqiyyətlə davam etdirdiyi siyasətin, dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatların, qazanılan uğurların ölkə daxilində və beynəlxalq aləmdə təbliğində “Səs” İnformasiya Agentliyinin böyük xidmətləri var. Qısa zaman kəsiyində Azərbaycan mediasında öz dəst-xətti ilə seçilən agentliyiniz, əminəm ki, bundan sonra da bu ənənəni uğurla davam etdirəcək, informasiya cəmiyyətinin inkişafına dəyərli töhfələr verəcək.Agentliklərimiz arasında səmərəli yaradıcılıq əməkdaşlığının gələcəkdə daha da genişlənəcəyinə ümidvar olduğumu bildirirəm. Sizi 10 yaşınız münasibətilə bir daha təbrik edir, hər birinizə can sağlığı və xoşbəxtlik arzulayıram.

“Olaylar” qəzetinin baş redaktoru
Yunus Oğuz: ““Səs” İnformasiya Agentliyi 10 illik zaman kəsiyində böyük inkişaf yolu keçib”

- Demokratik cəmiyyətin formalaşmasında və inkişafında mətbuatın rolu kifayət qədər böyükdür. Azərbaycan dövlətinin KİV-lərə göstərdiyi diqqət və qayğı mətbuatın cəmiyyətin gözləntilərini daha geniş və məsuliyyətlə yerinə yetirməsinə imkanlar yaradıb. Azərbaycan mediasında özünə məxsus yeri və rolu olan “Səs” İnformasiya Agentliyi 10 illik zaman kəsiyində böyük inkişaf yolu keçib və bu müddətdə Azərbaycan mətbuatının inkişafına mühüm töhfələr verib. Agentlik Ümummilli Lider Heydər Əliyevin ideyalarının və ölkə Prezidenti İlham Əliyevin xalqa, dövlətə əsaslanan xeyirli, gərəkli siyasətini yüksək səviyyədə geniş oxucu kütləsinə çatdırır. Ona görə də, bu agentlik cəmiyyətdə sevilir və oxunur. Redaksiya kollektivini 10 illik münasibəti ilə təbrik edir, şərəfli qürur verici fəaliyyətlərində yaradıcılıq uğurları arzulayıram.

sia.az

Digər xəbərlər