Siyasət

  • 4 165

Tahir Mirkişili: Sentyabrın 15-də keçirilən hərbi parad qürurverici idi

image

"1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinə yardım etmək, Bakının eser-menşevik, erməni daşnakları və bolşevik qalıqlarından təmizlənməsində iştirak etmək, ən əsası yeni qurulmuş müstəqil dövlətimizin yaşaması üçün Azərbaycana yollanan Nuru paşa və Qafqaz İslam Ordusunun rəşadəti istər Azərbaycan, istərsə də Türkiyə tarixinin ən şanlı və yaddaqalan səhifələrindəndir. Qədirbilən Azərbaycan xalqı hər zaman bu tarixi günü yaşadır, qeyd edir. Bu il sentyabrın 15-də Bakının eser-menşevik, erməni daşnakları və bolşevik qalıqlarından təmizlənməsinin 100 illiyi ilə bağlı keçirilən parad da məhz bu qardaşlıq tarixinin təntənəli nümayişinə çevrildi". Bu fikirləri Milli Məclisin deputatı Tahir Mirkişili deyib.T.Mirkişili bildirib ki, paradda Azərbaycanın müasir hərbi gücü yüksək səviyyədə nümayiş etdirildi. Onun sözlərinə görə, bu gün torpaqları işğal olunan ölkə olaraq Azərbaycan özünün müdafiəsinə, hərbi potensialının inkişafına xüsusi diqqət göstərir."Təsadüfi deyildi ki, möhtərəm Prezidentimiz İlham Əliyev də paraddakı çıxışında bildirdi ki, güclü ordu Azərbaycanın gələcəkdə müstəqil ölkə kimi yaşaması, ərazi bütövlüyünün bərpası üçün əsas şərtdir. Son 15 ildə iqtisadi cəhətdən inkişaf edən Azərbaycan dövlətinin dövlət büdcəsindən ən çox xərclər də məhz ölkəmizin hərbi müdafiəsinə ayrılır. Qeyd edim ki, sentyabrın 15-də keçirilən parad qürurverici olduğu qədər də maraqlı idi. Paradda nümayiş etdirilən hərbi-texniki hazırlıq, peşəkarlıq yüksək səviyyədə idi. Yüksək döyüş hazırlığına malik quru qoşunlarımız, hərbi dəniz qüvvələrimiz, milli şahinlərimiz bir daha qələbənin uzaqda olmadığına əminlik yaratdı. Paradda Azərbaycan ordusunun müasir silahları bir daha gücümüzü ortaya qoymuş oldu. Öz ordusu ilə qürur duyan, onun gücünə, qüdrətinə güvənən xalqımız Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan əsgərinin düşmən işğalı altında olan torpaqlarımızı tezliklə azad edəcəyinə inanır".

yap.org.az

Digər xəbərlər