Siyasət

  • 3 994

Müşfiq Ələsgərli: “Paşinyan belə bir halı yalnız arzulaya bilər" ÖZƏL-MÖVQE

image

“Paşinyan Azərbaycanın işinə qarışa bilməz, belə bir halı yalnız arzulaya bilər. O, görüb ki, son dövrlərdə Azərbaycana qarşı istənilən yersiz davranışı Ermənistan üçün faciəyə, məğlubiyyətə səbəb olur”. Bunu SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.“Paşinyanın sonuncu açıqlamasına gəlincə isə, Azərbaycan tərəfindən yetərincə arqumentli cavablar verildi. Açıqlama verildi ki, Paşinyan yalnız erməni cəmiyyətini aldada bilər: onun oğlu cəbhə xəttində deyil, sərhəddən 50 kilometr aralıda sakit bir guşədə “xidmət keçir”. Paşinyanın oğlunun hansı hərbi hissədə necə “xidmət etdiyi”, hərbi hissəni nə vaxtlar tərk etdiyi, haralara getdiyini, həftənin neçə gününü hansı şəhərlərdə, kimlərlə keçirdiyini, harada əyləndiyini, xidmət adı altında nə işlərlə məşğul olduğunu kəşfiyyatçılarımız dəqiqliklə təsvir etdilər. Bununla da mesaj verdilər ki, erməni cəmiyyətinə danışdığı yalanları başqaları üçün təkrarlamasın, bədəli ağır olar. Paşinyana o da xatırladıldı ki, 2016-cı ilin aprel hadisələri zamanı erməni hərbçilərinin məğlubiyyətə uğradılmasında Azərbaycan xüsusi təyinatlıları ön cərgədə olublar və Azərbaycan Prezidentinin oğlu da indi onlarla xidmət keçir. Bunun özü də ciddi mesajdır”-deyə, MŞ-nın sədr müavini fikrini tamamlayıb.

sia.az

Digər xəbərlər