Siyasət

  • 4 064

Bəhruz Quliyev: “Paşinyanın son bəyanatları onun təşviş içində olmasından xəbər verir” MÖVQE

image

Nikol Paşinyan qeyri-ciddi siyasətçidir. Heç mən ona siyasətçi də demirəm. O, sadəcə olaraq küçədən siyasətə gəlmiş adamdır. Küçə siyasətçisidir”. Bunu hafta.az-a açıqlamasında siyasi ekspert Bəhruz Quliyev Ermənistanın baş nazirinin Azərbaycan prezidentinin oğlu Heydər Əliyevin hərbi xidmət çəkməsi ilə bağlı səsləndirdiyi cəfəng fikirlərə münasibət bildirərkən deyib.Politoloqun sözlərinə görə, Nikol Paşinyan naşı siyasətçidir, hələ də formalaşmayıb: “Əgər onun içində bir dövlətə qarşı hətta nifrət olsa belə, peşəkar siyasətçi bunu açıq şəkildə ifadə etməməlidir. Ermənistanın hazırkı baş naziri Azərbaycanla Türkiyə hərbçilərinin birgə paradından sonra daha çox aqressivləşdi. Paşinyan daxilindəki iyrənc hissləri Azərbaycanın daxili işlərinə qarışmaqla üzə çıxarmağa başlayıb. Bundan başqa, Azərbaycan prezidentinin oğlunun hərbi xidmət keçməsi ilə bağlı Ermənistan saytlarında, mitinqlərdə çıxış edib. Bu onun cılızlığından xəbər verir. Yəni, peşəkar siyasətdə də bu kimi tendensiyalar cılızlıq kimi qiymətləndirilir. Paşinyan başqa dövlətin daxili işlərinə qarışır. Adama deyərlər ki, bu haqqı sənə kim verib”.Bəhruz Quliyevin fikrincə, Nikol Paşinyanın son dönəmlər ard-arda səsləndirdiyi sərsəm bəyanatlar onun təşviş içərisində olmasından xəbər verir: “Çünki Azərbaycan Ordusu, dövlətimiz onun təmsil etdiyi işğalçı ölkədən qat-qat güclüdür. Azərbaycan faktiki olaraq regional layihələrdə çıxış edir. Bir sıra regional layihələrin təşəbbüskarıdır. Regionda söz sahibidir. Eyni zamanda, Azərbaycanla Türkiyənin dostluq münasibətləri tarixi köklərə dayanır. 100 il bundan əvvəl də belə idi. Bu gün həmin dostluq, qardaşlıq münasibətlərindən narahat olanlar, əndişələnənlər var. Paşinyan həm də bu dostluqdan qorxur. O, boş-boş bəyanatları ilə, müxtəlif danışıqlarda Azərbaycanın əleyhinə yağdırdığı böhtanlarla daxilən rahatlanmaq istəyir. Amma bu mənasızdır. Ümumiyyətlə, Paşinyan beynəlxalq siyasətdə də qeyri-ciddi sima olaraq tanınır. O, artıq özünü bu cür formalaşdırıb”.Ekspertin sözlərinə görə, Nikol Paşinyan nə qədər ki, bu kimi sərsəm bəyanatlarına davam edəcək, bir o qədər də regionda, dünyada ölkəsini regional və beynəlxalq layihələrdən, əməkdaşlıqlardan təcrid etmiş olacaq: “Hesab edirəm ki, Paşinyan bir daha fikirləşməlidir. O, küçə siyasətindən kabinet siyasətinə doğru inkişafa getməlidir. O, küçə siyasətini kənara qoyub ciddi hökümət rəhbəri kimi, dövlət başçısı kimi danışıqlar masasında oturmalıdır. Ciddi siyasətçi kimi görüşlərdə iştirak etməlidir. Təssüf ki, baş nazir seçildikdən sonra onda ciddi davranışlar müşahidə olunmur. Bu da Ermənistanı böyük bir uçuruma sürükləyir. Nə qədər ki, gec deyil Ermənistan xalqı etdiyi səhvi düzəltməlidir. Xalq ya Ermənistanın baş nazirini ciddi siyasət yürütməyə çağırmalı, ya da öz səhvini düzəldib onu hakimiyyətdən uzaqlaşdırmalıdır. Əks halda, Ermənistan acınacaqlı vəziyyətə düşəcək”.

sia.az

Digər xəbərlər