Siyasət

  • 3 365

Aydın Mirzəzadə: “Günümüz SİA-nı izləməklə keçir" ÖZƏL-MÜNASİBƏT

image

“Səs” İnformasiya Agentliyini, ümumilikdə isə “SƏS” Media Qrupunu Agentliyin yaranmasının 10 illiyi münasibətilə təbrik edirəm”. Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.Deputatın sözlərinə görə, “Səs” İnformasiya Agentliyi (SİA) “Səs” qəzetinin yaranmasının məntiqi nəticəsidir: “Səs” dedikdə bu gün biz Azərbaycanın keçmiş tarixini, ölkəmizin bugünkü yaşadığı dövrü və eyni zamanda gələcəyini görürük. Agentlik yarandığı gündən günün xəbərlərini operativ surətdə ictimaiyyətə çatdırmaqda çox böyük rol oynadı. Bu gün günümüz www.sia.az saytını izləməklə və gündəlik baş verən hadisələr haqqında xəbərləri, eləcə də analizləri oradan oxumaqla keçir. Hətta mən deyərdim ki, bu gün SİA-sız Azərbaycan mətbuatı yoxdur. “SƏS” Media Qrupunda kifayət qədər professional və işinə məsuliyyətlə yanaşan bir kollektiv formalaşır. Ən maraqlısı isə gənclərin orada çoxluq təşkil etməsidir. Bu onu göstərir ki, Ümummilli Lider Heydər Əliyev ideyaları, müasir Azərbaycançılıq, cənab Prezidentimizin fəaliyyəti gənc nəsli də cəlb edir və onlar bu yolun əsgəri olmaqdan fəxarət duyurlar. Heç bir şübhəm yoxdur ki, ildən-ilə, dövrdən-dövrə sizin uğurlarınız daha da çox olacaq”.

sia.az

Digər xəbərlər