Siyasət

  • 4 241

YAP Xəzər rayon təşkilatının yaranmasının 25 illiyi qeyd olunub

image

YAP Xəzər rayon təşkilatının yaranmasının 25 illiyi ilə əlaqədar YAP Xəzər rayon təşkilatının qərargahında tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə YAP İcra katibinin müavini, Milli məclisin üzvü Siyavuş Novruzov, Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov, millət vəkili Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, partiya veteranları, partiya fəalları, partiyanın gənc üzvüləri və rayon ictimayyətinin nümayəndələri iştirak ediblər.Yubiley tədbirini YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov açaraq tədbir iştirakçılarını rayon partiya təşkilatının yaranmasının 25 illiyi münasibəti ilə təbrik etdi və rayon partiya təşkilatının yaranma tarixindən, keçən illər ərzində əldə olunan uğurlardan və qarşıda duran vəzifələrdən danışıb.Tədbirdə YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov, Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov, millət vəkili Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədr müavini Zeynəb Əliyeva, YAP Xəzər rayon təşkilatının Gənclər Birliyinin sədri Məxmər Rüstəmova çıxış ediblər. Çıxış edənlər tədbir iştirakçılarını yubiley münasıbəti ilə təbrik edərək YAP Xəzər rayon təşkilatının yaranma tarxi, inkişafı və əldə etdiyi uğurları qeyd edərək eyni zamanda YAP-ın yaranması tarixindən, partiyanın yaradılmasında Ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən, partiyanın ölkəmizin ictimai-siyasi həyatındakı rolundan danışıblar.Rayon partiya təşkilatının yaranmasında və inkişafında göstərdikləri fəallığa görə, bir qurup YAP üzvü Fəxri Fərmanla və qiymətli hədiyyələrlə təltif olunublar və yeni partiya üzvlüyünə qəbul olunmuş gənclərə partiya üzvülük vəsiqələri təqdim olunub.

sia.az

Digər xəbərlər