Siyasət

  • 3 914

Tahir Rzayev: Hazırda Azərbaycan Cənubi Qafqazın lider dövləti statusunu inamla daşıyır

image

Azərbaycan Cənubi Qafqazın lider dövləti statusunu inamla daşıyır”. Bu fikri Milli Məclisin deputatı Tahir Rzayev deyib.T.Rzayev bildirib ki, ölkəmiz regionda bütün irimiqyaslı enerji və nəqliyyat layihələrinin təşəbbüskarı rolunda çıxış edib. Eyni zamanda, Azərbaycan xoş məram göstərərək və öz imkanlarını təqdim edərək qlobal əməkdaşlığın, inteqrasiya proseslərinin dərinləşməsinə özünün sanballı töhfələrini verir. Qlobal əməkdaşlığın dərinləşməsinə verdiyi töhfələr öz növbəsində ölkəmizin beynəlxalq miqyasda siyasi nüfuzunun artmasına müsbət təsir göstərib. Bu gün dünyada Azərbaycana öz hesabına yaşayan ləyaqətli dövlət kimi böyük hörmət bəslənilir.

“Müstəqil Azərbaycanın davamlı dinamik inkişafını şərtləndirən bir neçə fundamental amil sadalamaq mümkündür ki, onların içərisində Ümummilli lider Heydər Əliyevin böyük uzaqgörənliklə işləyib hazırladığı neft strategiyasının uğurla reallaşdırılmasını xüsusi qeyd etmək lazımdır. Müdrik siyasətçi olan Ulu öndər yeni neft strategiyasını işləyib hazırlayarkən respublikamızda onilliklər ərzində formalaşan ənənələri və mövcud potensialı əsas tutaraq qarşıya çox mühüm hədəflər qoymuşdu. Yeni neft strategiyasını səciyyələndirən əsas cəhət isə ondan ibarətdir ki, burada milli maraqlar qırmızı xətt kimi müəyyənləşdirilib. Zəngin neft-qaz resursları Azərbaycanın mənafeyinə, ölkənin iqtisadi qüdrətinin artmasına, yüksək səviyyəli insan kapitalının formalaşmasına xidmət etməlidir. Yeni neft strategiyasında bu kimi məqsədlər çox mühüm çağırışlar kimi qarşıya qoyulub. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə neft strategiyası Azərbaycana böyük nailiyyətlər qazandırır”-deyə, deputat qeyd edib.

yap.org.az

Digər xəbərlər