Siyasət

  • 4 269

Vüqar Rəhimzadə: “Parlamentimiz ölkəmizin rəmzlərindən birinə çevrilib" ÖZƏL-MÜNASİBƏT

image

“Azərbaycan Parlamenti ölkəmizin tarixində mühüm rola malik olub və Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ən şanlı səhifələrindən biridir”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Azərbaycan Parlamentinin 100 illiyi münasibətilə fikirlərini bildirərkən deyib.Baş redaktorun sözlərinə görə, Azərbaycan Parlamenti ölkəmizin rəmzlərindən birinə çevrilib: “Həmçinin Parlamentimiz Azərbaycanın zəngin qanunvericilik bazalarından biri kimi kifayət qədər önəmə malikdir. Eləcə də xarici siyasətdə və daxildə bütövlükdə münasibətlərin formalaşmasında vacib amilə çevrilib. 12 noyabr 1995-ci ildə seçilmiş Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisi 1995-2000-ci illər ərzində fəaliyyət göstərib. Azərbaycanın müstəqil dövlət kimi və zəngin qanunvericilik bazasının yaradılmasında da Parlament kifayət qədər uğurlu fəaliyyət göstərib. Bu gün Parlamentimiz Dostluq qrupları, əlaqələri çərçivəsində digər ölkələrlə səmərəli əməkdaşlıq edir. Azərbaycan dövlətinin qüdrətlənməsində, qanunların zənginləşməsində Azərbaycan Parlamentinin özünəməxsus yeri var. Mən Azərbaycan Parlamentinin 100 illiyi münasibətilə parlamentarilərimizi, ziyalılarımızı, cəmiyyətimizi ürəkdən təbrik edirəm. Hesab edirəm ki, Şərqin ilk Demokratik Respublikası olan Azərbaycanda yaranmış Parlament bu gün müstəqil, qüdrətli dövlət kimi uğurla inkişaf edir, fəaliyyət göstərir və Azərbaycan tarixində öz şanlı səhifəsini yaradır, formalaşdırır”.

sia.az

Digər xəbərlər