Siyasət

  • 4 213

Politoloq: "Paşinyan özünü sığortalamağa çalışır" ÖZƏL-MÜNASİBƏT

image

“Ermənistan baş naziri Nikol Paşinyanın son zamanlar verdiyi bəyanatlar onun təşviş içərisində olduğunun göstəricisidir və ciddi dövlət adamının hərəkətlərinə uyğun deyil”. Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində bütün beynəlxalq təşkilatlar ilk növbədə sülh və danışıqlar yolunu məqsədəuyğun hesab etdikləri təqdirdə Paşinyanın müharibə çağırışları ciddi qəbul olunmamalıdır: “Məntiqə görə işğalı həyata keçirən tərəf danışıqların davam etməsində maraqlı olmalıdır ki, işğal faktını rəsmiləşdirmək və müəyyən güzəştlər əldə etmək üçün vaxt qazansın. Lakin Paşinyan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi və Azərbaycanı sülh danışıqları təşəbbüsünü ironik olaraq heçə alması münaqişənin həlli istiqamətində ciddi proseslərin getdiyindən xəbər verir.Məlumdur ki, problemin həlli ilə məşğul olan bütün beynəlxalq qurumlar ilkin mərhələ olaraq 5 +2 rayonun qaytarılması tələbini qoyublar. Uzun illər Rusiya və Ermənistan münaqişənin həllinin başlanğıcı sayıla bilən bu planı əngəlləməyə çalışsalar da artıq hasnısa qərara gəlməyin zamanıdır. Bu məslədə isə 2 seçim var, ya torpaqların qaytarılması prosesinə başlanılır, ya da müharibə variantı qaçılmazdır. Xarici siyasətimizdəki uğurlarımın ardından hərbi potensialımızın da gün gündən artdığı göz önündədir. Paşinyan da düşdükləri vəziyyəti çox yaxşı anlayır. Ona görə də sabah hər hansı razılşamaya getməyə məcbur olan Paşinyan bir növ özünü sığortalamaq məqsədilə belə bəyanatlar verməyə məcburdur”.

sia.az

Digər xəbərlər