Siyasət

  • 4 004

Jalə Əliyeva: Beynəlxalq səviyyəli mədəni tədbirlər Azərbaycan mədəniyyətinin zənginliyini ehtiva edir

image

“Yaradıcı əməyin dövlət səviyyəsində qiymətləndirilməsi ənənəsinin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”. Bu fikirləri Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva deyib.

J.Əliyeva bildirib ki, dövlətimiz hər zaman mədəniyyətin inkişafına xüsusi diqqət ayırıb və incəsənət sahəsində çalışan insanların əməyi dəyərləndirilib. Onun sözlərinə görə, mədəniyyət incəsənət xadimləri cəmiyyətin mədəni dünyasının zənginləşməsində, təfəkkürün formalaşmasında əməyi olan şəxslərdir.
“Ölkəmizdə çoxsaylı beynəlxalq mədəni tədbirlər keçirilir. Bu tədbirlər bir daha Azərbaycan mədəniyyətinin zənginliyini ehtiva edir. Musiqi sənətimiz dünya səviyyəsində tanınır, təbliğ olunur. Bütün bunlar dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahəyə olan qayğısı sayəsində mümkün olub. Hazırda Azərbaycanın bir sıra mədəni irs nümunəsi UNESCO-nun müxtəlif siyahılarına daxil edilib”-deyə, J.Əliyeva qeyd edib.

yap.org.az

Digər xəbərlər