Deputat: "Prezidentin çıxışı hamıya nümunə, dərs və xəbərdarlıq oldu" MÖVQE-ÖZƏL

“Prezident İlham Əliyev Milli Məclisin 100 illik yubileyi ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı çox geniş, məzmunlu, dəyərli fikirlər irəli sürdü. Bu çıxışda demək olar ki, bütün istiqamət və sahələr əhatə olundu”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.Onun sözlərinə görə, Prezident çıxışında Azərbaycanda dövlətçiliyin, parlamentarizmin bünövrəsindən başlanan bu günlərə qədər bütün məsələlərin hər birinə toxunaraq, Milli Məclisin fəaliyyətinə xüsusi əhəmiyyət verərək, qiymətləndirdi,Dövlət başçısının çıxışı zamanı ölkəmizin beynəlxalq əlaqələrinə, iqtisadi inkişafına toxunduğunu deyən deputat vurğulayıb ki, Prezident İlham Əliyev tədbirdə çoxsaylı beynəlxalq qonaqların iştirakını nəzərə alaraq, Dağlıq Qarabağ məsələsi ilə əlaqədar həm işğalçı tərəf, həm də bu məsələdə cavabdehlik daşıyan, problemin həlli ilə bilavasitə məşğul olan beynəlxalq qurumların fəaliyyəti ilə bağlı cəsarətli, ciddi fikirlər söylədi: “İlk növbədə bir daha terrorçu, işğalçı, cinayətkar özünü dövlət adlandıran qurumun özünə və rəhbərliyinə çatdırıldı ki, əgər siz də özünüzdən əvvəlkilər kimi sərsəm siyasət aparsanız sonunuz yaxşı olmayacaq. Ermənistan birmənalı olaraq bilməlidir ki, Azərbaycan torpaqlarını işğaldan azad edəcək. Azərbaycan məsələnin sülh yolu ilə həllinə tərəfdardır, lakin Ermənistanın atdığı addımlar, cəfəng fikirlər onların sülhə danışıqlara hazır olmadığını bizə deməyə əsas verir. Belə olan halda, ölkəmiz güc yolundan istifadə etməyə məcbur olacaq. Dövlət başçısı bu fikirləri ilə Ermənistana ciddi şəkildə xəbərdarlıq etdi”.Prezident İlham Əliyevin çıxışında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq qurumlara da ciddi mesajlar verdiyini xüsusi vurğulayan E.Məmmədov söyləyib ki, dünyanın ən nüfuzlu beynəlxalq təşkilat olan BMT əgər özünün 25 ilə yaxındır ki qəbul etdiyi 4 məlum qətnaməni çırtdan dövlətə icra etmirsə, bununla özünün nüfuzunu aşağı salmış olur: “ATƏT-in Minsk qrupunun həmsədrləri də bu qəbildəndirlər. Yəni onlar işğalçı ilə həmfikir, ya da fəaliyyətləri yarıtmazdır. Beynəlxalq təşkilatlar ölkə başçısının bu mesajlarından ciddi nəticə çıxarmalıdırlar. Ümumiyyətlə, Prezident İlham Əliyevin yubiley tədbirində gələcəyə hesablanan proqram xarakterli çıxışı hamıya nümunə, dərs və xəbərdarlıq oldu”.

sia.az