“Paşinyanın çıxışları kütlə səviyyəsinə hesablanıb" ÖZƏL-MÖVQE

“Ermənistanın baş naziri Nikol Paşinyan cəmiyyətdə populyarlığını qoruyub saxlayır”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.Onun sözlərinə görə, Nikol Paşinyanın "Mənim addımım" adlı blokdan irəli sürdüyü namizəd Ayk Marutyan seçkilərdə qələbə qazandı: “Bu o deməkdir ki, Ermənistan əhalisi arasında "Mənim addımım" blokunun nüfuzu kifayət qədər böyükdür. Hələki Paşinyanın cəmiyyətdəki nüfuzuna xələl gətirəcək müəyyən təzahürlər olsa da əhali hələ də onun nələrsə edə biləcəyinə inanır. Amma edə biləcəkmi? Bu tamam başqa sual ortaya çıxarır. Çünki Paşinyan indiyədək verdiyi vədlərin heç birini yerinə yetirməyib”.Politoloq bildirib ki, Paşinyanın bütün çıxışları kütlə səviyyəsinə hesablanıb: “Çünki bu çıxışlar intellektual çıxışlar deyil. Təbii ki, bu çıxışlarda əsas hədəf kimi Azərbaycan seçilib. Bu da beynəlxalq ictimaiyyət və beynəlxalq təşkilatlar tərəfindən narazılıqla qarşılanıb. Bu nöqteyi-nəzərdən demək olar ki, Paşinyanın çıxışları Ermənistan cəmiyyətinin müəyyən kəsimində etibar qazansa da, dünya miqyasında etibar qazana bilməyib”.Qeyd edək ki, seçkilərdə qalib gəlmiş "Mənim addımım" blokunun namizədi Ayk Marutyan Yerevan meri olacaq. Ayk Marutyan 1976-cı il dekabrın 18-də Yerevanda anadan olub. O bir çox komediya filmlərində və seriallarda çəkilib.Marutan evlidir və 2 övlad atasıdır.

sia.az