Siyasət

  • 11 205

Orxan Məmmədov: Ölkəmizdə kiçik və orta biznesin inkişafı yönündə vacib tədbirlər reallaşdırılır

image

“Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkəmizdə sahibkarlığın inkişafına böyük qayğı göstərilir. Xüsusilə, kiçik və orta biznesin inkişafı yönündə vacib tədbirlər reallaşdırılır”. Bu fikirləri İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

O.Məmmədov bildirib ki, dövlət başçısının 28 dekabr 2017-ci il tarixli Fərmanı ilə yaradılmış Kiçik və Orta Biznesin İnkişafı Agentliyi bu sahənin inkişafına göstərilən mühüm dəstək tədbirlərindəndir. Onun sözlərinə görə, Agentlik tərəfindən kiçik və orta sahibkarlığın inkişafı, onlara dəstəyin və müvafiq xidmətlərin göstərilməsi üçün “Kiçik və Orta Biznesin Dostu” (“KOB Dostu”) “KOB Evi”, “KOB könüllüləri” və s. kimi yeni mexanizmlər tətbiq olunacaq. Agentliyin əsas məqsədinin kiçik və orta sahibkarların dostuna çevrilmək olduğunu vurğulayan Orxan Məmmədov bu baxımdan Masallı Sənaye Məhəlləsində yaradılmış ilk “KOB Dostu”nun önəmli mexanizmlərdən olduğunu diqqətə çatdırıb.
““KOB Dostu”nun fəaliyyəti yeni kiçik və orta biznes sahələrinin yaranmasına, kiçik və orta sahibkarlığın inkişafı vasitəsilə regionun potensialının reallaşdırılmasına yönəldiləcək. Bu məqsədlə potensial investisiya layihələri müəyyən ediləcək və onların KOB-lar vasitəsilə həyata keçirilməsi təşviq olunacaq. “KOB Dostları”nın fəaliyyətinin digər önəmli istiqaməti KOB-lara onların dayanıqlı inkişaf tələblərinə uyğun çoxsahəli dəstəyin göstərilməsidir. Belə ki, bu istiqamətdə fəaliyyət həm mövcud dövlət dəstək mexanizmlərindən istifadə imkanlarının genişləndirilməsinə və onlara KOB-ların maneəsiz və rahat çıxışının təmin edilməsinə, həm də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin göstərəcəyi çoxsaylı dəstək mexanizmlərinin tətbiqinə yönələcək”-deyə, O.Məmmədov qeyd edib.

sia.az

Digər xəbərlər