Siyasət

  • 3 851

Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində böyük uğurlar qazanılıb BMT-nin rezident əlaqələndiricisi

image

Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin milliləşdirilməsi prosesi gedir və çox yaxşı haldır ki, bir müddət öncə dövlət rəhbəri tərəfindən Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb. SİA-nın məlumatına görə, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsaqzai bu gün “Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsində Milli Məclisin (MM) rolu” mövzusunda beynəlxalq konfransda deyib.Qeyd edib ki, belə Şuranın yaradılması DİM-lərin hədəflərinə çatmasında çox böyük töhfə ola bilər.Q.İsaqzai vurğulayıb ki, eyni zamanda, bu məsələdə parlamentin üzərinə böyük işlər düşür: “Artıq bu istiqamətdə də bir neçə tədbir keçirilib və hesab edirəm ki, bunlar davamlı xarakter daşıyacaq. Çünki dünyada DİM-lərlə bağlı hələ də ciddi problemlər var, yoxsulluq, aclıqdan əziyyət çəkən insanlar var. Odur ki, DİM-lərlə bağlı hədəflərə çatmaqda hər bir dövlət özü məsuliyyətini anlamalıdır və çox yaxşı haldır ki, Azərbaycanda bu istiqamətdə böyük uğurlar qazanılıb”.

sia.az

Digər xəbərlər