Siyasət

  • 4 516

Tahir Rzayev: Ölkəmizin böyük iqtisadi potensialı mövcuddur

image

“Ölkəmizin böyük iqtisadi potensialı mövcuddur”. Bu fikri Milli Məclisin deputatı Tahir Rzayev deyib.T.Rzayev bildirib ki, Azərbaycanın inkişaf modelinin ən səciyyəvi cəhətlərindən biri regional inkişaf amili ilə bağlıdır. Onun sözlərinə görə, bir sıra ölkələrdə güclü təmərküzləşmə nəticəsində inkişaf yalnız iri şəhərləri, sənaye mərkəzlərini əhatə edir.

“Azərbaycan isə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında ölkənin bütün regionlarının tarazlı şəkildə inkişafını hədəfləyib. Respublikamızda regionların inkişafı, bölgələrdə yaşayan insanların güzəranının, həyat səviyyəsinin yaxşılaşdırılması, fəal məşğul əhalinin əmək bazarına çıxış imkanlarının artırılması, kommunal rahatlıqlarla təminatın yüksəldilməsi dövlət siyasətinin prioritetləri kimi müəyyənləşdirilib. Son 15 ildə bütün ölkə boyu tarazlı inkişafın təmin edilməsində Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının böyük önəmi var. Bütövlükdə, Azərbaycan regionlarının inkişafı, bölgələrdə yaşayan vətəndaşların güzəranı, həyat səviyyəsi həmişə prioritet olub”-deyə, deputat qeyd edib.

yap.org.az.

Digər xəbərlər