Siyasət

  • 4 279

Deputat: "Hökumətin nümunəvi qəbiristanlıqlarla bağlı sərəncamı olacaq"

image

“Yaxın zamanda Nazirlər Kabineti tərəfindən nümunəvi qəbiristanlıqların yaradılması və idarə olunması ilə bağlı sərəncam olacaq. Sənəddə qəbiristanlıqlar üçün yerlərin ayrılması, idarə olunması, formaları kimi məsələlər öz əksini tapacaq”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov “Bələdiyyələrin statusu haqqında" qanununa təklif olunan dəyişikliklərin müzakirəsi zamanı çıxış edərkən deyib.O bildirib ki, bəzən insanlar tərəfindən qəbiristanlıqlarda qabaqcadan yerlər alınır. Onun sözlərinə görə, bu məsələlərdə ardıcıllıq həyata keçirilməlidir: “Hökumət tərəfindən hazırlanan sənəd belə problemlərin qarşısını alacaq. Bu qədər dəm-dəsgaha, artıq xərclərə ehtiyac qalmayacaq”.S.Novruzov qeyd edib ki, müasir dövrdə elə xəstəliklər var ki, bu xəstəlik uzun müddət həllini tapa bilmir və belə insanlar əkin sahələrindən, məktəb, xəstəxana və su hövzələrindən kənarda dəfn edilməlidir: “Əks halda. bu prolemlərə səbəb olur. Bundan əlavə, yas və dəfn mərasimi ilə bağlı anlayışlar fərqlidir. Belə ki qanuna əsasən, bələdiyyələrin üzərinə yasla bağlı xərclərin qoyulması onların işində çətinliklər yarada bilər. Əgər kiminsə dəfn etməyə imkanı yoxdursa. O zaman bələdiyyələr belə insanlara yalnız dəfn mərasimində yardım etməlidir. Amma yas mərasimini ev sahibi öz istəyinə uyğun şəkildə keçirməlidir. Əgər biz bələdiyyələrə yas mərasimi ilə bağlı səlahiyyət versək, o zaman hər kəs bələdiyyəyə müraciət edəcək və bu da onların üzərinə yük olacaq”.Deputat qeyd edib ki, şəhid adının əbədiləşdirilməsi və güzəştlər haqqında məsələyə bələdiyyələr də daxil edilməlidir: “Bildiyiniz kimi bu prosedurlar dövlət büdcəsi hesabına həyata keçirilir. Başqa qanunda bu belə nəzərdə tutulub. Ona görə də bu qanun da uyğunlaşdırma aparılmalıdır”.

sia.az

Digər xəbərlər