Siyasət

  • 3 350

"Amerikalı səfirlər Senatdakı dinləmələrdə eyni sözləri deyiblər" ÖZƏL-MÖVQE

image

“ABŞ-ın Azərbaycandakı səfiri postuna namizəd Erl Litsenberqer ABŞ Senatının xarici məsələlər komitəsindəki dinləmələrdə deyib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına nail olmaq üçün ciddi səy göstərəcək”. Bunu SİA-ya politoloq Elxan Şahinoğlu fikirlərini bildirərkən deyib.Onun sözlərinə görə, bu illərdə Azərbaycana təyin olunan amerikalı səfirlər Senatdakı dinləmələrdə eyni sözləri deyiblər: “Bu ümumi nəticəyə təsir etməyib. Məsələ burasındadır ki, səfirin münaqişənin həllində səylərinin nəticə verməsi üçün birinci növbədə təmsil etdiyi ölkəsi fəallaşmalı və münaqişənin həllini istəməlidir. Bu olmadıqda səfir nə qədər səy göstərsə də, nəticəsi olmayacaq. Bunu səfir də bilirsə, niyə o Senatda reallaşması mümkün olmayan vəd verir? Çünki, səfir Senatda təsdiq olunmasını istəyir və bunun üçün istənilən vədi verməyə hazırdır, sonrası isə onu çox da maraqlandırmır”.

sia.az

Digər xəbərlər