Siyasət

  • 3 866

Eldar İbrahimov: Azərbaycanın ədalətli mövqeyi beynəlxalq hüquq normalarına əsaslanır

image

“Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, münaqişənin ədalətli həlli dövlətimizin siyasətinin əsasını təşkil edir”. Bu fikri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin komitə sədri Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev bütün səviyyələrdə, beynəlxalq tədbirlərdə bu məsələ ilə bağlı ölkəmizin prinsipial mövqeyini qətiyyətlə bəyan edir. Bu mövqe ondan ibarətdir ki, Ermənistan işğalçılıq siyasətinə son qoymalı, onun hərbi birləşmələri torpaqlarımızdan çıxmalı, qaçqın və məcburi köçkünlərimiz öz doğma yurdlarına qayıtmalıdırlar. Dağlıq Qarabağa isə Azərbaycanın tərkibində müəyyən status verilə bilər.
“Azərbaycanın bu mövqeyi beynəlxalq hüquq normalarına əsaslanır. Həm BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində, həm də, digər beynəlxalq qurumların sənədlərində ölkəmizin ərazi bütövlüyü dəstəklənir. Qeyd etdiyim kimi, dövlətimiz bu istiqamətdə siyasətini davam etdirir və diplomatik cəbhədə böyük uğurlar qazanır. Nəzərə almaq lazımdır ki, bu məsələ ümummilli məsələdir və bütün vətəndaşlar burada həmrəy olmalıdırlar”-deyə, YAP İdarə Heyətinin üzvü vurğulayıb.

yap.org.az.

Digər xəbərlər