Siyasət

  • 4 824

Jalə Əliyeva: “Teoxarus kimilər beynəlxalq normalara hörmətlə yanaşmırlar" ÖZƏL-AÇIQLAMA

image

“İstər Avropa Parlamentinin, istərsə də digər beynəlxalq qurumların ikili standartları, bu qurumlarda təmsil olunan nümayəndələrin siyasi etikadan kənar, məsuliyyətsiz addımları ilə zaman-zaman qarşılaşırıq. Təbii ki, Avropa Parlamentinin (AP) qanlı separatizmi və etnik təmizləməni təşviq edən üzvü Eleni Teoxarusun qondarma Dağlıq Qarabağa dəstək nümayiş etdirməsini Azərbaycana qarşı hörmətsizlik, beynəlxalq müqavilələrlə qəbul edilmiş ölkənin suverenliyinə qarşı saymamazlıq və təhdid kimi qiymətləndirərdim. Onlar bu addımları ilə nə demək istəyirlər?”. Bunu SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyib.Onun sözlərinə görə, özlərini siyasətçi, deputat adlandıran bu insanlar beynəxalq normalara hörmətlə yanaşmırlar: “Eləcə də beynəlxalq birliyin qəbul etdiyi qərarlara da əməl etmirlər. Amma onların qondarma Dağlıq Qarabağa səfərləri onu göstərir ki, onlar heç kimlə və heç nə ilə hesablaşmaq istəmirlər. Onlar bu addımları ilə Azərbaycanı nəyəsə məcbur etmək istəyirlər. Birmənalı olaraq gözəl dərk edirlər və əgər dərk etmirlərsə bundan sonra bilsinlər ki, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin də dəfələrlə dediyi kimi, Azərbaycan ümumiyyətlə, heç bir milli, dövləti məsələlərdə heç bir zaman heç kimə heç bir güzəşt etməyəcək. Azərbaycanın bütünlüyü, suverenliyi dəyişilməzdir və əbədidir. Azərbaycan heç bir zaman bölgədə, dünyada ikinci bir Ermənistan dövlətinin yaranmasına, Dağlıq Qarabağa başqa bir ölkənin nəzdində hər hansı bir statusun verilməsinə razı olmayacaq. Biz müharibə istəmirik əksinə barış istəyirik. Biz sülh yolu torpaqlarımızı başqalarından fərqli olaraq geri qaytarmaq istəyirik. Təbii ki, bunun da yolu danışıqlar masasından keçir. Həmçinin beynəlxalq ictimaiyyətin bizim mövqeyimizi yaxından, daha dərindən dəstəkləməsi lazımdır”.

sia.az

Digər xəbərlər