Siyasət

  • 4 401

Hikmət Babaoğlu: "Monoetnik dövlətdə sammitin təşkil edilməsi frankafoniyaya təhqirdir" ÖZƏl-ŞƏRH

image

“Beynəlxalq Frankafoniya sammiti 17- ci dəfədir təşkil olunur. Bu beynəlxalq tədbir bir növ fransız dilini və mədəniyyətini sevənlərin və dünyanın hər yerində bu dildə danışanların bayramı hesab edilir. Ancaq Ermənistan monoetnik dövlətdir və bir nəfər də olsun fransız burada daimi yaşamır”. Bunu SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.Onun sözlərinə görə, ümumiyyətlə Ermənistanda başqa xalqlar demək olar ki, yaşamır: “Bunun səbəbi isə ermənilərin başqa xalqlara olan nifrəti və aqressiyasıdır. Ermənistanda yaşayan Azərbaycanlıların sonuncu dalğası 1988-ci ildə bu ölkədən faşistcəsinə çıxarıldı. Halbuki həmin torpaqlarda yaşamaq hüququ ilk növbədə bu yerlərin aborogenləri olan azərbaycanlılara məxsus idi. Ermənistan adlı süni dövlət Azərbaycanın tarixi torpaqlarında yaradılıb. İndi isə 40-dan çox ölkənin nümayəndəsinin iştirakı ilə İrəvanda Frankafoniya sammiti keçirilir. Nə qədər təzadlıdır ki, 17- ci sammitin çağırışı da regionda birgəyaşayış, humanist dəyərlər və müxtəlifliyin qorunması kimi müəyyənləşdirilib. Faşizmin və etnik ayrı-seçkiliyin tüğyan etdiyi bir ölkədə belə tədbirin keçirilməsi mədəniyyətə və humanizmə təhqirdir.Ancaq məsələnin siyasi tərəfi də var. Ermənistan fransız dili və mədəniyyəti ilə bağlı olan bu hadisədən də siyasi divident əldə etmək istəyir. Uzun illərdən bəri dünyaya özlərini fransız mədəniyyətinə ən yaxın xalqlardan bir kimi təqdim etməyə çalışan ermənilər daima olmayan bir məsələni fransız -erməni tarixi əlaqələri kimi təqdim edirlər. Əslində isə fransızlarla ermənilərin dostluğunun tarixi Osmanlıya qarşı düşmənçilik və ermənilərin təbələri olduqları Osmanlıya xəyanətilə başlayır. Bu gün isə bu həm də Rusiyaya qarşı verilən bir siyasi ismarıcdır və Ermənistanın qərbyönümlü siyasət yürüdəcəyinə işarədir. Ancaq belə ucuz şoularla erməni faşizmini gizlətmək mümkün deyil. Ermənistan işğalçıdır, azərbaycanlılara qarşı soyqırımı törədib və buna görə cavab verəcək”.

sia.az

Digər xəbərlər