Siyasət

  • 3 269

Vüqar Rəhimzadə: “Zatulin Dumanın özünə kifayət qədər ləkə gətirir” ÖZƏL-MÖVQE

image

“Rusiya Dövlət Dumasının komitə sədrinin müavini Konstantin Zatulinin “əgər Dağlıq Qarabağda müharibə başlasa, bu, Azərbaycanın dağılması ilə nəticələnə bilər” fikirləri sağlam düşüncəyə malik olan insana aid deyil. Hesab edirəm ki, Zatulin kimi insanlar anti-Azərbaycan mövqeyindən kimlərə qulluq etdiyini bir daha ortaya qoyur və təsdiq edir”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.Baş redaktorun sözlərinə görə, bu adamın fikirləri erməni lobbisinin fikirləridir: “Azərbaycan öz haqlı mövqeyini daim açıq şəkildə bəyan edir. Ümumiyyətlə dünyanın əksər dövlətləri Azərbaycanın ədalətli haqlı mövqeyini dəstəkləyir. Bu adam erməni lobbisi tərəfindən idarə olunan bir insandır. Onun düşüncəsi, fikirləri, Azərbaycanla bağlı dediyi sərsəmləmələr onun hansı fikir sahibi olduğunu, hansı siyasətə qulluq etdiyini ortaya qoyur. Anormal və tərbiyəsiz mövqe nümayiş etdirmək Rusiya Dövlət Dumasına başucalığı gətirən hal deyil. Bu utanverici bir haldır. Bu Rusiyanın mövqeyi ola bilməz. Zatulin kimilər yalnız erməni lobbisinin fikirlərini ifadə edir. Bu gün Azərbaycanın 20 faiz ərazisi işğal altındadır. Düşünürəm ki, Zatulin artıq bu niyyəti, məqsədi, əməli ilə Dumanın özünə kifayət qədər ləkə gətirir”.

sia.az

Digər xəbərlər