Siyasət

  • 4 469

“Prezidentə inam və dəstək artan dinamika üzrə gedir" ÖZƏL-ŞƏRH

image

“İlham Əliyev 2013-cü il oktyabrın 9-da üçüncü dəfə Azərbaycan Republikasının Prezidenti seçilmişdir. Seçicilərin əksəriyyəti İlham Əliyevin lehinə səs vermişdir. Bu tarixin kökündə Azərbaycan cəmiyyətinin cənab İlham Əliyevə həm seçkidə, həm də seçkidən sonrakı proseslərdə dəstək verməsi dayanır. Ölkədəki bəzi siyasi qüvvələr bu prosesi şübhə altına almağa cəhd göstərsələr də Azərbaycan cəmiyyəti İlham Əliyevi Prezident kimi görmək istədiyini bir daha nümayiş etdirdi”. Bunu SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.Onun sözlərinə görə, ilkin mərhələdə seçicilərin əksəriyyətinin səsini qazanan Prezident sonrakı seçkilərdə Azərbaycan cəmiyyətinin rəqəmlərlə ifadə olunan bu dəstəyini xeyli inkişaf etdirdi: “Sonuncu seçkilərdə hətta 85 faizə qədər Azərbaycan cəmiyyətinin İlham Əliyevə dəstək verdiyinin şahidi olduq. Yəni 2003-cü ildən başlayaraq indiyədək Azərbaycan cəmiyyətinin İlham Əliyevin Prezidentliyinə inamı və dəstəyi artan dinamika üzrə gedən bir prosesdir. Əlbəttə ki, bu artaraq gedən dinamikanın arxasında sosial, iqtisadi, siyasi, mədəniyyət sahəsində, eləcə də Azərbaycanın xarici siyasətində həyata keçirilən və real nəticələri olan çox böyük proseslər var. Bütün bu proseslərin nəticəsi olaraq demək mümkündür ki, İlham Əliyev Prezidenti postunda 2003-cü ildən indiyədək hətta ona şübhə ilə yanaşan müəyyən siyasi dairələr də var idisə, onların bütünlüklə hamısının və bütünlüklə xalqın gözündə özünü leqitimləşdirə bildi.Bu 15 illik proses cənab İlham Əliyevin Azərbaycan xalqının gözündə özünü tam şəkildə sübuta yetirməsi və leqitimləşdirilməsi dövrüdür. Bu dövrün içərisində Azərbaycanın məhz onun rəhbərliyi altında bütün sahələrdə böyük uğurlarından danışmaq mümkündür. Hansı ki həmin uğurlu proseslər bu gün də davam edir”.

sia.az

Digər xəbərlər