Siyasət

  • 4 133

Qabil Hüseynli: “Prezident haqlı mövqeyini bir daha diqqətə çatdırdı" ÖZƏL-MÖVQE

image

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirdi ki, Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqların predmeti olmayıb, bu gün də deyil və heç vaxt olmayacaq. Hətta deyərdim bu fikirlər ilk dəfə səsləndirilmir. Prezident daim Azərbaycanın ərazi bütövlüyü məsələsinin müzakirə obyekti ola bilməyəcəyini və gec-tez bu məsələnin müsbət həllinə nail ola biləcəyini bildirib”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.Politoloqun sözlərinə görə, son zamanlar Paşinyanla təmas nöqtəsində atəşkəs rejiminə əməl edilməsi ilə bağlı razılığa gəlinmə hələ o demək deyil ki, döyüşdə Azərbaycan Ordusu atəşkəs rejiminə daim əməl edəcək və ermənilərin işğal siyasətinə son qoymayacaq: “Azərbaycan Ordusu daim hərbi təlimlər keçirir və torpaqların azad edilməsi üçün səylər göstərir. Cənab Prezident İlham Əliyev dəfələrlə beynəlxalq görüşlərdə, daxili çıxışlarında həmişə birmənalı qaydada deyib ki, Azərbaycan mütləq öz ərazi bütövlüyünə nail olacaq. Hətta bu gün Ermənistan adlanan ərazilərimizin vaxtilə Azərbaycan torpağı olduğunu çəkinmədən irəli sürüb. Ölkəmiz itirilmiş qədim Azərbaycan torpaqları məsələsini də gündəmə gətirə bilər. Ordu quruculuğu istiqamətində beynəlxalq münasibətlər və xarici siyasətdə ölkə başçısı bu məsələni daima bu işlə məşğul olan orqanların diqqət mərkəzinə çatdırır. Bu ortada ciddi siyasi iradənin mövcud olduğunu göstərir”.

sia.az

Digər xəbərlər