Siyasət

  • 3 622

Aleksandr Lyakazett "Arsenal"da "ayın futbolçusu" seçilib

image

London "Arsenal"inda sentyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib. Klubun rəsmi saytında azarkeşlər arasında aparılan səsvermənin yekun nəticəsinə əsasən, Aleksandr Lyakazett ötən ayın ən yaxşısı olub. 28 yaşlı fransalı hücumçu səslərin 59 faizini toplayıb. O, Lukas Torreyra və Petr Çexi geridə qoyub.Qeyd edək ki, A. Lyakazett Avropa Liqasının qrup mərhələsinin ikinci turunda Bakı Olimpiya Stadionunda "Qarabağ"a 3:0 hesabı ilə qalib gəldikləri matçda da iştirak edib. O, sözügedən qarşılaşmada komandasının vurduğu 3-cü qolun ötürməsini verib.

sia.az

Digər xəbərlər