Siyasət

  • 7 798

"Qaçqın və məcburi köçkünlər daim dövlətin qayğısı ilə əhatə olunub" RƏY-ÖZƏL

image

“Ölkəmizdə qaçqın və məcburi köçkünlərə dövlət qayğısı Ulu öndər Heydər Əliyev hakimiyyətə gələn gündən etibarən başlanılıb və yüksək səviyyədə icra olunub. Prezident İlham Əliyev də 2003-cü ildə dövlət başçısı seçildiyi ilk gündən bu diqqəti ən yüksək səviyyədə davam etdirib. Bu illər ərzində Bakıda və eləcə də bütün respublika ərazisində qaçqın və məcburi köçkünlər üçün müxtəlif bölgələrdə saysız hesabsız, çoxsaylı yaşayış massivləri, qəsəbələr salınıb. Bütün bunlar ölkə başçısının və eləcə də dövlətin qaçqın və məcburi köçkünlərə göstərdiyi qayğının bariz göstəricisidir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.Qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində işlərin davam etdirildiyini deyən deputat bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin ötən gün keçirilən müşavirədə qeyd etdiyi kimi cari ilin 9 ayı ərzində 3 minə yaxın məcburi köçkün ailəsi mənzillə təmin olunub və ilin sonuna qədər bu rəqəmin 2 dəfə artacağı gözlənilir.Bu sahədə tətbiq olunan yenilikdən söz açan E. Məmmədov söyləyib ki, son dövrlərdə qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılmasına özəl sektorun da diqqəti yönəldilir: “Onların da bu istiqamətdə imkanlarından istifadə olunur. Lakin yenə də əsas məsələ, güc dövlətin üzərindədir. Azərbaycan prezidenti hər zaman söylədiyi kimi ötən gün də bəyan etdi ki, qaçqın və məcburi köçkünlər öz yurd-yuvalarına qayıdana qədər onların mənzil şəraitləri yaxşılaşdırılacaq. Torpaqlarımız işğaldan azad edildikdən sonra onlar öz yurd-yuvalarına qayıdacaqlar ”.Deputat vurğulayıb ki, ötən gün keçirilən toplantıda diqqəti çəkən məsələlər müdafiə sənayesi qüdrətimizin, iqtisadiyyatımızın, siyasi diplomatik əlaqələrimizin daha da güclənməsi, iqtisadi əlaqələrin genişlənməsi, torpaqlarımızın işğaldan azad edilməsi oldu: “Müşavirədə bütün sahələr üzrə görülən işlər haqqında məlumat verildi, qarşıda duran vəzifələr haqqında göstərişlər verildi və tələblər qoyuldu. Hesab edirəm ki, hərə öz sahəsində deyilənlərdən nəticə çıxarılmalıdır ”.Ümumilikdə 2018-ci ilin ölkəmizin uğurlu və yadda qalan il olduğunu deyən E. Məmmədov əlavə edib ki, onlardan biri “Azərspace 2” peykinin kosmosa buraxılması oldu: “Artıq Azərbaycan kosmosda 3 peykə sahibdir. Dünyada çox az ölkələr kosmos dövləti hesab olunur. Bu çox mühüm nailiyyətdir. Bundan başqa cari ildə neft-qaz kəmərləri ilə bağlı mühüm uğurlar əldə edilib. Bu uğurlarımız getdikcə daha da artacaq”.

sia.az

Digər xəbərlər