Siyasət

  • 4 049

"Prezidentin çıxışı münaqişənin ədalətli həllinə bir daha dəstəkdir” ÖZƏL-MÜNASİBƏT

image

“Azərbaycan özünün dövlət müstəqilliyini elan edəndən bəyan edib ki, Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılmasına imkan verilməyəcək. Onların biri 1918-ci ildə qarışıqlıq dövründə bizim ərazimizdə yarandı. İndi isə vətənsiz bir xalq olan ermənilər ikinci dövləti yaratmaq istəyirlər. Təbii ki, buna da biz heç zaman imkan verməyəcəyik”. Bunu SİA-ya açıqlamasında politoloq Məhərrəm Zülfüqarlı deyib.Onun sözlərinə görə, bu gün Azərbaycan əvvəlki dövrdən qat-qat güclüdür: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında haqlı olaraq bir daha bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqların predmeti olmayıb, bu gün də deyil və heç vaxt olmayacaq. İndi bütün dünya bunu bilir ki, Qarabağ Azərbaycan ərazisidir. Ötən gün Almaniya rəsmi şəkildə bildirdi ki, Azərbaycanın haqq işini, ərazi bütövlüyünü dəstəkləyir. Dağlıq Qarabağ problemi BMT-nin 4 qətnaməsi əsasında həll olunmalıdır. Həmin qətnamələrdə ermənilərin Azərbaycan torpaqlarından çıxması tələb olunur. Qəribədir ki, ötən gün Amerika rəsmisi bəyan edib ki, bu məsələdə irəliləyişlər var. Bu gün bütün hadisələr, məsələlər Azərbaycanın xeyrinə işləyir. Prezident İlham Əliyevin də bu qətiyyətli çıxışı münaqişənin ədalətli həllinə bir daha dəstəkdir”.

sia.az

Digər xəbərlər