Siyasət

  • 4 018

"Ermənistan seçkilərdən sonra konkret addımlar ata bilər" RƏY-ÖZƏL

image

“Hazırda Ermənistan hakimiyyətinin başı öz problemlərinə qarışıb. Bu ölkədə may ayından başlanan inqilab davam etməkdədir. Hesab edirəm ki, Ermənistanın başı daxili prosesdən ayılandan sonra bu ölkənin iqtidarı Dağlıq Qarabağla bağlı hansısa konkret addımlar ata bilər”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.O bildirib ki, Ermənistan hakimiyyəti onların daxili problemlərinin kökündə Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi durduğunu anlamalıdır: “Ermənistan Türkiyə ilə sərhədlərinin bağlanması, izoloyasiya, düşdüyü iqtisadi çətinliklərinin, blokada vəziyyətində olmaqlarının əsas səbəbinin problemin həllinin uzadılmasından irəli gəldiyini dərk etməlidir. Düşünürəm ki, Ermənistan iqtidarının tez-gec konkret addımlar atmağa məcbur olacaq. Əgər bu ölkə öz daxili problemlərini həll etmək istədiklərini bəyan edir, bundan çıxış yolu axtarırsa o zaman münaqişənin həlli istiqamətində addım atmalıdır”.Hazırda Ermənistan iqtidarının ziddiyyətli addımlar atdığını dilə gətirən İ. Vəlizadə söyləyib ki, bu ölkənin növbəti il üçün büdcəsində hərbə ayrılan xərclər təxminən 25 faiz artırılıb: “Bütün bunlar Ermənistan tərəfinin problemin həllində yenə də güc vasitəsinə üstünlük vermək niyyətində olduğunu göstərir. Demək Ermənistan hələ də köhnə illüziyalarından çıxa bilmir. Bildiyiniz kimi dekabrda bu ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək. Bu baxımdan seçkidən öncə münaqişənin həlli istiqamətində müsbət addım gözləmək mümkünsüzdür”.Politoloq qeyd edib ki, ilin sonuna qədər Azərbaycan və Ermənistan XİN başçılarının görüşündə problem geniş şəkildə müzakirə olunsa da, hər hansı qərarın qəbul ediləcəyini gözləmək düzgün olmaz: “ Bildiyiniz kimi Paşinyanın həyat yoldaşı qanunsuz şəkildə Dağlıq Qarabağa səfər edir və orada şou göstərir. Bu, Azərbaycanı qıcıqlandırmaya bilməz. Əgər Ermənistan konstruktiv mövqeyə malikdirsə və problemin həlli istiqamətində nəyisə dəyişmək istəyirsə, o zaman ölkəmizin mövqeyini nəzərə almalıdır. Əgər bu addımlar olmasaydı, daha konstruktiv mövqe nümayiş etdirilsəydi, o zaman ümidlər özünü doğrulda bilərdi”.

sia.az

Digər xəbərlər