Siyasət

  • 5 012

Yunus Oğuz: "Havanı çirkləndirənlərə ikinci xəbərdarlıq olmayacaq" ŞƏRH-ÖZƏL

image

“Ölkəmizdə prezident seçkilərindən sonra 9 aylıq iqtisadi təhlil ilk dəfədir ki təqdim olunur. Amma burada əsas məsələ Azərbaycan prezidentinin bir sıra problemlərə toxunaraq, onların həll edilməsi ilə bağlı tapşırıqlar verməsi idi”. Bu fikirləri SİA-ya açıqlamasında “Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 9 ayın yekunları ilə bağlı keçirilən müşavirədə çıxışına münasibət bildirərkən deyib.Ölkə başçısının havanı çirkləndirən obyekt sahibləri ilə bağlı fikirlərinə toxunan baş redaktor söyləyib ki, bu istiqamətdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən addımlar atılsa da, buna məhəl qoymayanlar olduğu üçün Azərbaycan Prezidenti ikinci xəbərdarlığın olmayacağını söylədi: “ Bu o deməkdir ki, obyekt sahibləri bundan sonra daha ciddi ölçü götürməli, tüstünün qarşısını alan cihazlardan istifadə etməlidirlər. Xüsusilə də toy məclisləri zamanı şəhərdə tüstüdən dayanmaq olmur. Ölkə başçısı iclasda şəhər nəqliyyatının təkmilləşdirilməsi məsələsinə də toxundu. Dövlət tərəfindən bu istiqamətdə maliyyə ayrılır, yeni, müasir avtobuslar gətirilir. Amma onlar təəssüf ki, layiq olmayanlara, həkim müayinəsindən keçməyənlərə verilir. Bunun günahını sahibkarlar da axtarmaq lazımdır. İclasda haqlı olaraq bildirildi ki şirkətlər pul qazanmaq üçün heç bir qaydalara əməl etmir, kimlərəsə rüşvət verərək qanunları pozurlar. Prezident tərəfindən həmin şəxslərə də sərt xəbərdarlıq edildi”.Y. Oğuz söyləyib ki, iclasda vaxtilə qaçqın və məcbur köçkünlərin evlə təmin olunması məsələsində yol verilən nöqsanlar haqqında da məlumat verilərək bunların aradan qaldırılması istiqamətində tapşırıqlar verildi: “Azərbaycan prezidentinin bu cür məsələlərin həllinə önəm verməsi, bir daha göstərir ki, ölkəmizdə sosial yönümlü problemlərin həlli ən qabaqcıl vəzifələrdəndir. Ölkə başçısı bilir ki, sosial problemlər insanları yora bilər. İnsanlar narazılıqlarını sosial şəbəkələr vasitəsilə də bildirə bilirlər. Ölkə başçısı da bəzi sahələrdə mövcud olan problemlərin həllinə dair qəti fikrini bildirərək bu istiqamətdə mühüm tapşırıqlar verdi”.Ölkəmizdə bütün sahələrlə yanaşı, sosial sahəyə ayrılan yüksək diqqətdən söz açan baş redaktor qeyd edib ki, Azərbaycan vətəndaşlarının işini asanlaşdıran “Asan xidmət” kimi mərkəzlərin sayı artırılmalıdır: “ Ölkə başçısı da hər zaman bu sahələrə önəm verərək, vətəndaşlarımızın rastlaşdığı süründürməçilik hallarının qarşısının alınması istiqamətində mühüm addımlar atılır. Bundan başqa “Asan xidmət” kimi mərkəzləri rüşvət və korrupsiya hallarının kökünün kəsilməsi istiqamətində mühüm əhəmiyyətə malikdir. Ölkəmizdə digər xidmət sahələrinin bu cür fəaliyyət göstərməsinə ehtiyac var. Artıq bu istiqamətdə addımlar atılır. Vaxtilə insanlarımız müəyyən problemlərini həll etmək üçün zaman-zaman növbədə dayanır, müxtəlif maneələrlə rastlaşırdılar. Bu gün vətəndaşlarımız “Asan xidmət” mərkəzləri vasitəsilə bu çətinliklərdən qurtulublar”.

sia.az

Digər xəbərlər