Siyasət

  • 5 125

Seymur Orucov: “Bütün dünya dövlətləri Azərbaycanı dəstəkləyir" ÖZƏL-ŞƏRH

image

“2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının göstəricilərinə baxanda ümumi daxili məhsul 0,8 faiz, kənd təsərrüfatı 4,3 faiz artıb”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, hakim Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov deyib.YAP GB sədrinin sözlərinə görə, Azərbaycanın xarici tədiyyə balansı, müsbət saldosu 6,5 milyard manata gəlib çatıb: “Təbii ki, bu da əhalinin ümumiyyətlə ölkə iqtisadiyyatında makroiqtisadi göstəricilərin nə qədər düzgün olduğundan xəbər verir. İkincisi bizim mövqelərimizin gücləndirilməsi məsələsi ondan ibarətdir ki, artıq NATO ilə bağlı keçirilən NATO Zirvəsində yenidən Azərbaycanın ərazi bütövlüyünün tanıdılması, Yekun Akta salınması ölkəmizin ən böyük uğurudur. Qoşulmama Hərəkatının Nazirlər Şurasının Azərbaycanda keçirilən tədbiri dövlətimiz üçün böyük bir siyasi divident gətirən göstəricidir. Biz Dağlıq Qarabağla bağlı danışıqlarda özümüzün mövqeyini onlara göstərdik. Bu məsələdə sərhədlərin toxunulmazlığı isə Azərbaycanın suverenliyidir. Artıq bu məsələlərdə bütün dünya dövlətləri Azərbaycanı dəstəkləyirlər.Bildiyiniz kimi Azərbaycan tərəfi ilə Avropa İttifaqı arasında “Tərəfdaşlığın prioritetləri” adlı saziş imzalanıb. O sənəddə xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müddəalar həm ədalətlidir, həm də bizim mövqelərimizi, maraqlarımızı tam əks etdirir. Həmçinin sənəddə sərhədlərin toxunulmazlığından, ərazi bütövlüyündən bəhs olunur. Bu bizim siyasi cəhətdən ən böyük uğurlarımızdır. Eləcə də bu yaxınlarda Xəzərin hüquqi statusu ilə bağlı məsələyə yekun vuruldu. Beləcə Xəzərin bölgüsündə Azərbaycanın mövqeləri tam bərpa olundu. Bu da bizim regiondakı növbəti uğurlarımızdan xəbər verir. Bu yaxınlarda Türkiyədə “Star” layihəsinin açılışı olacaq. Bu bizim iqtisadi gücümüzün göstəricisidir. Artıq Azərbaycan ümumi daxili məhsulla bərabər ümummilli məhsul istehsalını da genişləndirməyə başlayıb”.

sia.az

Digər xəbərlər