Siyasət

  • 4 261

Siyavuş Novruzov: "Fəaliyyətimizlə prezidentin apardığı xarici siyasətə xələl gətirməməliyik”

image

“Ümummilli lider hakimiyyətə gəldikdən sonra bütün qonşularla dağılan münasibətlər yenidən quruldu və bu gün də bu siyasət uğurla, balanlaşdırılmış şəkildə davam etdirilir”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.Azərbaycanı istəməyən qüvvələrin aranı qatmaq istədiyini deyən deputat söyləyib ki, bu gün ermənilərin əli ilə ölkəmizə qarşı müxtəlif addımlar atılır: “Bu ilin bir neçə ayı ərzində bir neçə xarici, aparıcı, eləcə də qonşu ölkələrin rəhbərləri Azərbaycana səfər edib, biznes forumlar keçirilib, sənədlər imzalanlıb. Bura Rusiya, Almaniya, Türkiyə və digərlər ölkələr daxildir Biz atdığımız addımlarımızla qurulan münasibətlərə xələl gətirməməli, anti-Azərbaycan ab-havasının yaradılmasına imkan verməməliyik”.S.Novruzov qeyd edib ki, hazırda həssas dövrdür: “Hesab edirəm ki, burada əyləşən hər bir şəxs öz dövlətini sevən biridir. Biz öz əməli fəaliyyətimizlə prezidentin apardığı xarici siyasətə xələl gətirməməliyik”.

sia.az

Digər xəbərlər