"Yas mərasimləri elə qaydada olmalıdır ki..." Komitə sədri

"Yas mərasimləri elə qaydada olmalıdır ki, bir-birindən fərqlənməsin". SİA-nın verdiyi məlumata görə, bunu Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov "Dini mərasimlər: tarix, ənənə və hüquq" mövzusunda keçirilən konfransda deyib.Onun sözlərinə görə, nümunəvi qəbirstanlıqların yaradılması ilə bağlı hazırlanan yeni qanun layihəsinin qəbul edilməsindən sonra, kimliyindən asılı olmayaraq hər kəsin eyni səviyyədə və formada basdırılması təmin ediləcək.S.Novruzov vurğulayıb ki, hələ də bəzi yas mərasimlərində fərqli yeməklərin verilməsi halları qalır: "Cəmiyyəti inandırmalıyıq ki, bu kimi hallar İslamda yoxdur. Odur ki, mərasimlərin daha da sadə keçirilməsini təmin etməliyik. Çünki insanlar yas mərasimindən sonra borclu qalırlar".O əlavə edib ki, dini mərasimlərin müxtəlif formaları mövcuddur: "Müasir dövrdə milli adət ənənələr və qanunlarla tənzimlənməlidir. Hər şey qəbul edilən qaydalar çərçivəsində olmalıdır. Digər xalqlara nisbətən türkçülük və islamçılıq ənənələri var".

sia.az