Siyasət

  • 4 244

Jalə Əliyeva: "Azərbaycan son 15 ildə misilsiz inkişaf yolu keçib" RƏY-ÖZƏL

image

“Bu gün Ölkə başçısı İlham Əliyevin prezident kürsüsünə qalxdığı günün 15 ili tamam olur. Bu gün Azərbaycan xalqının çox sevdiyi ölkə rəhbəri İlham Əliyevlə keçdiyi 15 illik yola nəzərə salınan gündür. Bu gün biz alnıaçıq, üzü ağlıqla ölkəmizin bu illər ərzində çox böyük inkişaf yolu keçib”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva deyib.Deputatın sözlərinə görə, Azərbaycan 100-200 il demokratik, dövlətçilik təcrübəsi olan ölkələrin keçə bilmədiyi yolu 15 ildə uğurla qət edib: “Cənab Prezident bu kürsüyə qalxdığı gün xalq qarşısında verdiyi vədlərə çox qısa zamanda əməl etdi. Dövlət başçısı verdiyi vədi həyata keçirmək üçün ayları illəri gözləmədi, ilk gündən etibarən çox böyük islahatlar apararaq, ölkə iqtisadiyyatını, sənayesini, ordusunu, büdcəsini, təhsilini, səhiyyəsini, incəsənətini, mədəniyyətini, idmanını elə bir səviyyəyə yüksəltdi ki, məhz bunun nəticəsində bu gün Azərbaycan həm regionun, həm də dünyanın iftixar ediləcək yerlərindən birində gəlməkdədir”.J.Əliyeva qeyd edib ki, Azərbaycan son 15 ildə misilsiz inkişaf yolu keçib: “ 15 illik qət etdiyimiz inkişaf yolu haqqında qısaca danışmaq mümkün deyil. Bunun üçün bizə saatlar lazımdır. Düşünürəm ki, bu 15 ildə Azərbaycanın cənab Prezidentlə bərabər qət etdiyi yol əslində böyük tədqiqatların, araşdırmaların məhsuludur. Bundan sonra bu dövrə nəzər salan iqtisadçılar, tarixçilər inanıram ki, çox böyük sanballı əsərlər yarada biləcəklər. Bu əsərin müəllifi və ən böyük qəhrəmanı əlbəttə ki, ölkə Prezidenti cənab İlham Əliyevdir”.Deputat vurğulayıb ki, bu gün Azərbaycanın üçrəngli bayrağı, ölkəmiz bütün dünya ölkələri içərisində seçilirsə, hörmətlə yanaşılırsa bu əlbəttə aparılan düzgün siyasətin, ən başlıcası da Ulu Öndər Heydər Əliyevin bizlərə ərməğan etdiyi böyük siyasətin davamının nəticəsidir: “Biz buna görə, Prezidentə minnətdarıq. Azərbaycan vətəndaşı kimliyindən və harada olmasından asılı olmayaraq, üzük qaşı kimi dövlət başçısının ətrafındadır. Ancaq belə olan halda, bir dövlət, ölkə inkişaf edə bilər. Bu gün xalqla dövlətin birliyi göz qabağındadır. Cənab prezidentin, Azərbaycanın ən böyük nailiyyəti də elə məhz bu birliyə nail ola bilməsidir”.

sia.az

Digər xəbərlər