Siyasət

  • 3 875

"Paşinyanın istefaya getməsi növbəti oyunlardan biridir" AÇIQLAMA-ÖZƏL

image

“Ermənistan tərəfindən atılan addımlar, eləcə də Paşinyanın istefaya getməsi növbəti oyunlardan biridir. Onlar hər zaman olduğu kimi yenə də dünyanın fikrini yayındırmağa çalışırlar”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Rüstəm Məmmədov deyib.Baş nazirin janqlyorluq etdiyini deyən politoloq bildirib ki, əsas məqsəd diqqəti dünya qüvvələrindən yayındırmaqdır.R.Məmmədov qeyd edib ki, yalnız Ermənistanda dekabr ayında keçiriləcək növbədənkənar seçkilərin nəticələrindən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar hansı addımların atılacağı ilə bağlı fikir söyləmək olar: “Əgər seçkidə Paşinyan tərəfdarları qalib gəlsə, o zaman bu istiqamətdə müsbət nəsə gözləməyə dəyər. Çünki, Paşinyan özü də Dağlıq Qarabağın qaytarmaq vaxtı olduğunu başa düşür. Onun başqa yolu yoxdur”.Politoloq seçki ərəfəsində Ermənistanda vəziyyətin daha da mürəkkəbləşəcəyinin istisna edilmədiyini də diqqətə çatdırıb: “Koçaryan və Sarkisyanın tərəfdarları orada vəziyyəti gərginləşdirə bilərlər”.Paşinyanın istefasından sonra Koçaryan və Sarkisyanın hakimiyyəti ələ keçirməsi ilə bağlı planlar qurmasına gəlincə, politoloq bunun mümkünsüzlüyünü dilə gətirib.Onun sözlərinə görə, sözügedən şəxslər Ermənistanda artıq silinib və qəbul olunmurlar: “Bu baxımdan seçkidə Paşinyan tərəfdarlarının qalib gəlmək şansı daha çoxdur”.

sia.az

Digər xəbərlər