Azay Quliyev: Ermənistan sülhə məcbur edilməlidir

Berlində Aşağı Saksoniya federal torpağının Federasiya yanındakı nümayəndəliyində Almaniya-Azərbaycan Forumu və NUMOV cəmiyyətinin təşkilatçılığı və “Ağstafa Aqrar Sənaye Kompleksi”nin dəstəyi ilə “Azərbaycan-Almaniya münasibətləri: birgə tarix və gələcək prespektivlər” mövzusunda konfrans keçirilib.

Aşağı Saksoniya federal torpağının Federal və Avropa işləri və Regional İnkişaf Nazirliyinin nümayəndəsi Petra Şults və Almaniya-Azərbaycan Forumunun sədr müavini Helqa Daub təmsil etdikləri qurumların adından tədbir iştirakçılarını salamlayıblar.
Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov, Almaniya Bundestaqının vitse-prezidenti Tomas Opperman, Boxum Universitetinin beynəlxalq hüquq üzrə professoru Hans-Yoahim Hayntsen, Azərbaycan Milli Məclisinin deputatı, ATƏT-in Parlament Assambleyasının sədr müavini Azay Quliyev və başqaları çıxış edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq hüquq prinsiplərinə əməl olunmasının vacibliyini vurğulayıblar. Azay Quliyev qeyd edib ki, Ermənistan sülhə könüllü olaraq getmək istəmirsə, buna məcbur edilməlidir. O, eyni zamanda Almaniyanın Minsk qrupunun üzvü kimi münaqişənin həlli prosesinə daha yaxından cəlb olunmasının vacibliyini vurğulayıb.

yap.org.az