Siyasət

  • 2 779

Araz Əlizadə: “Müxalifləri cəmiyyət qəbul etmir” AÇIQLAMA

image

"Siyasi arenaya 1980-ci illərin sonunda gələn Əli Kərimli, Cəmil Həsənli". Bunu SİA-ya açıqlamasında ASDP sədri, millət vəkili Araz Əlizadə deyib.Onun sözlərinə, Arif Hacılı, İsa Qəmbər və digərləri Qarabağ deyib, siyasətə gələnlərdir: "İndi isə onlar mövqelərini dəyişdiyi kimi siyasi kurslarınıda dəyişiblər. Maliyyə asılığı səbəbindən xarici dairələrə bağlı olub, onların sifarişləri əsasında fəaliyyətlərini qurduqlarından Qarabağı yaddan çıxarıblar. İndi insan haqlarından danışırlar, hətta camaatı qorxudurlar ki, ay Qarabağda müharibə aparsaq belə olar, helə olar və s. Bir növ Qarabağ onlar üçün alət idi, üsul idi.... Artıq bu dəfə bunlar Qarabağ məsələsindən istifadə edə bilməyəcəklər. Çünki, müxalifləri cəmiyyət qəbul etmir, danışdıqlarına, dediklərinə də əhəmiyyət vermirlər. Əli Kərimli və Arif Hacılı ölüm qurumların rəhbərləridirlər. Fakt budur ki, ölünün qıdığı gəlmir".

sia.az

Digər xəbərlər