“Qlobal Rəqabətlilik Hesabatından sonra Azərbaycanımla yenidən fəxr etdim” AÇIQLAMA

“Qlobal Rəqabətlilik Hesabatını elə dünən gün ərzində bənd-bənd oxudum və hər zaman olduğu kimi dövlətimlə, Azərbaycanımla yenidən fəxr elədim”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elşən Musayev deyib.Onun sözlərinə görə, mövcud iqtidarın apardığı məqsədyönlü, ağıllı siyasət, Cənab Prezidentin müdrikliyi bizi bu yerlərə gətirib çatdırıb: “Azərbaycan həmin hesabatda demək olar əksər punktlar, məsələn, biznez mühitinin münasibliyi, müsbət ideyaların dəyərləndirilməsi, normativ hüquqi aktların hazırlanması və s indiqatorlar üzrə ön sırada yer alıb. Bu isə o deməkdir ki, ölkəmizin inkişafı, balanslı siyasətin nəticələrindən doğan məntiqli yüksəliş göz qabağındadır, yolumuz düz və ağıllı yoldur. Təsəvvür edin ki, Azərbaycan biznesin dinamikliyi reytinqi üzrə 140 ölkə arasında 31-cidir və dünyanın özündən deyən dövlətləri bu sıralamada bizdən qat-qat geridədir. Təbii, bütün bunlar ölkə başçısının birbaşa rəhbərliyi ilə aparılan davamlı iqtisadi islahatların nəticəsidir. Əgər Azərbaycan illər bundan öncə az qala bütün planetin dad çəkdiyi iqtisadi krizisdən üzü ağ çıxdısa, siyasi hakimiyyət vətəndaşını ümumbəşəri bəladan qoruya bildisə, həmin krizisi öz insanına hiss elətdimədisə, demək ki, ölkədəki islahatlar həqiqətən də müdrik strategiyaya əsaslanır. Belə olan halda isə Azərbaycan heç şübhəsiz ki, hazırda haqqında danışdığımız hesabatın ən ön sıralarında yer almalı idi və aldı da. Cənab Prezidentin rəhbərliyi ilə biz hələ çox uğurlara, nəticələrə nail olacağıq. Buna hər bir ölkə vətəndaşı əmindir”.

sia.az