Aydın Hüseynov: “Azərbaycan iqtisadiyyatını tam şəkildə formalaşdırıb" ÖZƏL-MÖVQE

“Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatı tamamilə yeni metodologiya əsasında ictimaiyyətə təqdim edilib. Azərbaycan Qlobal Rəqabətlilik Hesabatının yeni metodologiyası əsasında ilk dəfə qiymətləndirilib. Hesab edirəm ki, bu ilk növbədə Azərbaycanda aparılan sistemli, dayanıqlı və prinsipial iqtisadi siyasətin nəticəsidir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Hüseynov deyib.Onun sözlərinə görə, bütövlükdə cənab Prezident İlham Əliyev tərəfindən aparılan siyasətin ən başlıca məqsədi Azərbaycan vətəndaşlarının maraqlarının müdafiə, ifadə olunmasıdır, eyni zamanda onların sosial rifahının və həyat səviyyəsinin keyfiyyətinin getdikcə yüksədilməsidir: “Bu, qarşıya qoyulan prinsipial, arıdıcıl və sistemli siyasətin nəticəsidir ki, Azərbaycan beynəlxalq təşkilatların, xüsusilə Dünya İqtisadi Forumunun bu kimi dəyərləndirmələri ilə nəticələnir. Eyni zamanda ölkəmizdə aparılan islahatlar - qanunvericilik bazasının yenilənməsi, kadr islahatları, ölkənin qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi və s. kimi aparılan fundamental islahatlar onu göstərir ki, Azərbaycan artıq öz iqtisadiyyatını tam şəkildə formalaşdırıb. Bu gün ölkəmizin iqtisadi modeli formalaşıb. Təbii ki, o iqtisadi modelin də əsasında bizim bu inkişaf pilələrimiz dayanır. Bununla belə ölkədə gedən proseslərdə sahibkarların daha da geniş şəkildə iştirak etməsi, sahibkarlara maddi və mənəvi dəstəyin olunması, ən başlıcası isə Prezidentimiz tərəfindən verilən siyasi dəstəkdir ki, bu kimi nailiyyətlərlə ölkəmizin iqtisadiyyatı müşaiyət olunur”.

sia.az