Siyasət

  • 4 067

Rauf Əliyev: Bu gün qeyri-neft sektoru yüksək templə inkişaf edir

image

“Dünyada baş verən mürəkkəb proseslərə baxmayaraq, Azərbaycan öz iqtisadiyyatını gücləndirir. Bu gün qeyri-neft sektoru yüksək templə inkişaf edir”. Bu fikirləri R.Əliyev bildirib ki, qeyri-neft sektorunun sənaye sahəsində üstünlük daha çoxdur. Onun sözlərinə görə, ölkəmizin ixrac potensialı davamlı olaraq artır, idxal və ixrac arasında nisbət optimallaşır.

“Azərbaycan özünün inkişaf modeli ilə bütün dünyada böyük nüfuz qazanıb, ölkəmizin uğurları göz qabağındadır. Əldə edilən nəticələr 2018-ci ilin son üç ayının da çox uğurlu olacağını deməyə əsası verir. Bütün göstəricilərə görə 2018-ci il Azərbaycan üçün önəmli bir il olacaq. Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkəmizdə aparılan iqtisadi islahatları, həyata keçirilən strateji proqramları ətraflı təhlil etdi. Əldə olunan nəticələr göstərir ki, dövlət başçısının həyata keçirdiyi siyasət Azərbaycan xalqının maraqlarına, ölkəmizin sosial-iqtisadi təhlükəsizliyinin qorunmasına xidmət edir”-deyə, R.Əliyev qeyd edib.

yap.org.az

Digər xəbərlər