Siyasət

  • 4 076

“Joxovurd”: “Avropa təşkilatları seçkilərin nəticələrini tanımayacaq” SEÇKİ BÖHRANI

image

Paşinyan hakimiyyəti çətin durumda

Ermənistanın baş nazirinin müavini Ararat Mirzoyan oktyabrın 19-da Venesiya komissiyasının plenar iclasında iştirak edəcək. SİA xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” qəzeti yazır. Məlumata görə, Mirzoyan orada Ermənistanın seçki kodeksində edilmiş dəyişiklikləri əks etdirən variantı təqdim edəcək.“Lakin bu layihənin Venesiya komissiyasına göndərilməsi uzağı formal xarakter daşıyır və bu struktur faktiki olaraq, qarşıdakı müddətdə paket layihəsi haqqında öz tövsiyələrini təqdim edə bilməyəcək”, yazan erməni nəşri əlavə edib ki, seçki kodeksi layihəsi məhz bu yaxınlarda komissiyaya göndərilib və buna qədər sadəcə konsepsiya təqdim olunub. “Bu layihə faktiki olaraq, ona görə göndərilməyib ki, hər hansı bir təşəbbüs əldə edilsin, sadəcə, prosedurun təminatı məsələsi ətrafında cəhd edilib”, yazan “Joxovurd” həmçinin qeyd edib ki, bu situasiyada da beynəlxalq strukturlara qarşı inamsızlıq yaranır: “Ermənistan hakimiyyəti seçkiləri elə tez bir şəkildə keçirməyə çalışırlar ki, hətta Venesiya komissiyasının peşəkar fikri də heç nəyi dəyişə bilməz. Bəs bu qədər tələskənlik və beynəlxalq təşkilatların ciddi məhəl qoymaması arxasında daha nə dayanır?”.Erməni nəşri bununla bağlı Ermənistanın ədliyyə naziri və seçki qanunvericiliyi və islahatları komissiyasının üzvü Artak Zeynalyanın fikirlərini öyrənib. O, qeyd edib ki, ölkədə fors-major vəziyyət yaranıb: “ Ermənistanda mövcud olan fors-major və antikonstitusiya vəziyyəti mövcuddur və bu məsələ həll edilməlidir. Lakin bu cür tələskənlik mühitində onu da istisna etmək olmaz ki, Avropa strukturları siyasi güclərin narazılıqlarını və onların fikirlərinin rədd edilməsini nəzərə alaraq, qarşıdan gələn növbədənkənar parlament seçkilərini qeyri-legitim hesab etsinlər”.Göründüyü kimi, Nikol Paşinyanın növbədənkənar seçkiləri keçirmək iddiasının “demokratik proseslərə” söykənməsi barədə danışdığı nağıllarını Avropa strukturları və təşkilatları qəbul etməyə bilər və bu faktor əslində Ermənistanda avtoritar rejimin digəri ilə əvəzlənməsi anlamını daşıyır. Hər halda, bu seçkilərdən sonra işğalçı ölkədə siyasi böhranın daha da dərinləşəcəyini artıq indidən proqnozlaşdırmaq mümkündür.

sia.az

Digər xəbərlər