Siyasət

  • 3 425

"Forum Azərbaycanın özünün təbliğatı baxımından önəmlidir" ÖZƏL-MÜNASİBƏT

image

25-26 oktyabr tarixlərində Bakıda Dayanıqlı İnkişafa dair Bakı Forumu keçiriləcək. Forumla bağlı təəssüratlarını SİA-ya açıqlamasında bildirən siyasi şərhçi Elçin Mirzəbəyli deyib ki, Azərbaycan bu təşəbbüsü irəli sürməklə və həyata keçirməklə təkcə öz maraqlarını təmin etmir və yaxud özünün beynəlxalq mövqelərini möhkəmləndirmək haqqında düşünmür, eyni zamanda bu gün dünyada mövcud olan hümanitar problemləri diqqət mərkəzinə gətirir, problemlərin həlli istiqamətində dünyanın ən nüfuzlu siyasət, elm adamlarının fikirlərini ortaya qoyur.“Təbii ki, bu da indiki dövrdə xüsusilə də dünyada ziddiyyətlərin, konfiliktlərin geniş şəkildə yayıldığı bir dönəmdə olduqca önəmli bir faktordur. Bu Azərbaycanın bütövlükdə hümanizm prinsiplərinə, dəyərlərinə verdiyi çox önəmli bir töhfədir. Bu aspektdən də ölkəmizdə keçiriləcək Dayanıqlı İnkişafa dair Bakı Forumunu nəinki mən, eləcə də dünyanın ən nüfuzlu siyasət, elm adamları yüksək səviyyədə dəyərləndirirlər.Bakıda hümanitar forum keçiriləndə dünyada sülhün, əminamanlığın, təhlükəsizliyin, ədalətin bərqərar olunmasını istəyən bütün insanların gözü Bakıda olur. Təbii ki, bunun ikinci tərəfi Azərbaycanın özünün təbliğatı, keçdiyi yolun təbliğatı baxımından da önəmlidir. Şübhəsiz ki, biz çox ciddi şəkildə qondarma əsaslarla Azərbaycana qarşı ittihamlar irəli sürən erməni lobbisi və diasporunun qarşısında uzun illərdir ki, mücadilə gedir. Bu təkcə torpaqlarımızın işğaldan azad olunması ilə bağlı deyil, eləcə də informasiya mühitində baş verir. Bu platforma eyni zamanda aparılan qarayaxma kampaniyalarına cavab baxımından tutarlıdır, önəmlidir və təbii ki, öz mahiyyətini zaman keçdikcə daha qabarıq şəkildə göstərir”, - deyə siyasi şərhçi bildirib.

sia.az

Digər xəbərlər