Siyasət

  • 3 792

YAP Ərazi İlk Partiya Təşkilatının hesabat seçki yığıncağı keçirilb

image

Diasporla İş üzrə Dövlət Komitəsində Yeni Azərbaycan Partiyası Ərazi İlk Partiya Təşkilatının hesabat seçki yığıncağı keçirilib. Yığıncaqda Dövlət Komitəsinin rəhbərliyi, YAP üzvü olan əməkdaşlar və YAP Nəsimi rayon təşkilatının aparat rəhbəri iştirak edib.İclasda YAP Diasporla İş üzrə Dövlət Komitəsinin Ərazi İlk Partiya Təşkilatının hesabatı dinlənilib. Gənclərin partiya sıralarına cəlb edilməsi, müvafiq vaxtlarda iclasların keçirilməsi və gündəlikdə duran digər məsələlər müzakirə olunub. Daha sonra seçki məsələlərinə baxılıb.Səsvermə əsasında Dövlət Komitəsinin I Ərazi şöbəsinin müdiri Ruslan Quliyev ərazi ilk partiya təşkilatının sədri, Hüquq təminatı, ümumi və kadrlar şöbəsinin müdiri Ceyhun Abbasov isə sədr müavini seçilib.

sia.az

Digər xəbərlər