Siyasət

  • 6 505

“Xalq öz liderinin yanındadır və hər zaman ona öz dəstəyini verir” ÖZƏL-ŞƏRH

image

“Bizim ölkə regionda yeganə ölkədir ki, son illər ərzində ən uğurlu siyasəti yürüdüb və bu siyasət balanslı, müdrik, müstəqil, mərhələli siyasətdir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elşən Musayev deyib.Onun sözlərinə görə, həm beynəlxalq təşkilatlardakı fəaliyyətimiz, həm dünya miqyaslı layihələrdəki iştirakımız, həm Ermənistan istisna olmaqla qonşularımızla, irili-xırdalı bütün ölkələrlə qurduğumuz səmərəli əlaqələrimiz, həm dünyanın fövqəldövlətləri ilə strateji müttəfiqliyimiz deməyə əsas verir ki, tam düzgün yoldayıq və bu yolu bizə göstərən, bu siyasəti zərgər dəqiqliyi ilə yürüdən insan - müdrik liderimiz İlham Əliyevdir: “Düzdür, zaman-zaman Azərbaycanın uğurlarına xor baxan, bu uğurları qısqanan qüvvələr də mövcud olub. Əsas da bəziləri seçkiöncəsi fəallaşıb, ölkəmizə qarşı məkrli işlər görüb. Amma heç bir nəticəyə də vara bilməyiblər. Çünki dediyim kimi, bizim siyasətimiz müstəqildir, biz kimsədən asılı deyilik, biz heç vaxt kimsənin sözü, tapşırığı, diktəsi ilə oturub durmamışıq və bu siyasət Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu, möhtərəm Prezidentimiz İlham Əliyevin isə davam etdirdiyi siyasətdir.Həmin siyasət illərdir düşmənimiz olan, torpaqlarımızı işğal edən Ermənisanın iç üzünü açıb, bu işğalçı dövləti bütün dünya güclərinin qınaq obyektinə çevirib, terroristləri, qatilləri acız və gücsüz duruma salıb. Diplomatiya, beynəlxalq siyasət hərb qədər, ordu qədər önəmlidir. Bəli, biz bu gün hələ də Qarabağ münaqişəsinin həlli istiqamətində diplomatiyanın verdiyi imkanlardan istifadə edirik, ölkə rəhbərimiz sona qədər səbr edir, danışıqlara gedir, sülhün tərəfdarı olduğunu bəyan edir. Amma məsələ burasındadır ki, sabah hətta hərb yolu ilə belə torpaqlarımızı geri qaytaracaq olsaq, bütün dünyanın bizim yanımızda olması, haqq səsimizə səs verməsi lazımdır. Həmin dəstək isə artıq var. Yəni, beynəlxalq fəaliyyətimiz, cənab Prezidentin illər boyunca yürütdüyü məqsədyönlü siyayət bütün aspektlərdə Azərbaycanımız üçün xoş gələcək, uğurlu perspektiv vəd edir. Bu səbəbdən xalq öz liderinin yanındadır və ona hər zaman öz dəstəyini verir”.

sia.az

Digər xəbərlər