Siyasət

  • 3 888

"Star”ın açılması iki ölkə arasında strateji müttəfiqliyin göstəricisidir" RƏY-ÖZƏL

image

"“Star” Neft Emalı Zavodunun Türkiyədə açılması iki ölkə arasında strateji müttəfiqlik münasibətlərinin göstəricisidir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.Politoloq bildirib ki, Türkiyənin hər zaman Azərbaycanın, Azərbaycanın da hər zaman qardaş ölkənin yanında olması kontekstindən baxdıqda, iki ölkə tərəfindən atılan bütün addımlar qarşılıqlı şəkildə hər iki dövlətin maraqlarına tam cavab verir.Onun sözlərinə görə, Azərbaycan və Türkiyənin məqsədi, amalı, beynəlxalq səhnədə nümayiş etdirdiyi mövqe iki ölkə arasında mövcud münasibətlərin bundan sonra da inkişaf etdirməkdir: “Hər iki birgə iş ortaya qoymaqla öz məqsədində israrlı olduğunu bir daha dünyaya nümayiş etdirir”.F.Sadıqov qeyd edib ki, "Star” Neft Emalı Zavodu iki ölkə arasında əməkdaşlığın bütün sahələr üzrə davam etdiyinin bariz göstəricisidir: “Azərbaycan-Türkiyə həm siyasi, həm enerji, həm humanitar, həm də digər sahələrdə əməkdaşlıq edir. Lakin zavodun açılması iki ölkə arasında iqtisadi sahədə mövcud olan əməkdaşlığın daha da inkişafına yeni imkanlar açacaq. Layihə ölkələrə valyuta axını baxımında da əhəmiyyətlidir”.Qeyd edək ki, Bu gün Türkiyənin İzmir şəhərində "Star” Neft Emalı Zavodunun açılış mərasimi keçiriləcək. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək.Məlumat üçün nəzərinizə çatdıraq ki, "Star” zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub. SOCAR-ın 6,3 milyard dollar kapitalla inşa etdiyi "Star” Neft Emalı Zavodunda avqustdan etibarən sınaq məqsədilə xam neft emalına başlanılıb. Bura ilk neft yükü məhz Azərbaycandan olmaqla 80 min ton "Azeri Light” markalı neft çatdırılıb. SOCAR-ın ötən ay "Rosneft”lə imzaladığı razılaşmaya görə isə, bu ilin dekabr ayından etibarən bir il ərzində "Star” zavodu Rusiyanın 1 milyon ton xam nefti ilə təchiz olunacaq.

sia.az

Digər xəbərlər