"Bir çox iri dövlətlər Azərbaycanın ədalətli və haqlı mövqeyini dəstəkləyir" MÖVQE-ÖZƏL

“Artıq sirr deyil ki, Azərbaycanın son illər əldə etdiyi nailiyyətlər beynəlxalq səviyyədə də özünü biruzə verməyə başlayıb. Ölkə başçısının həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar beynəlxalq ictimaiyyət Azərbaycanın ədalətli və haqlı mövqeyini dəstəkləyir”. Bu fikirləri SİA-ya açıqlamasında beynəlxalq ekspert Tamerlan Vahabov deyib.Azərbaycanın münaqişənin həlli ilə bağlı konstruktiv yola çoxdan başladığını deyən ekspert söyləyib ki, ölkəmizin xarici siyasəti, həm iqtisadi əsaslara, həm də toplum, xalq, vətəndaş cəmiyyəti və dövlət arasında olan dialoq, ünsiyyətə əsaslanır. Bütün bunların hamısı özünü xarici siyasətdə güclü məhsul kimi ortaya qoyur, Dağlıq Qarabağ məsələsində də Azərbaycana çox böyük dividentlər verir ki, bu da beynəlxalq səviyyədə özünü göstərməkdədir”.T.Vahabov qeyd edib ki, atılan addımlar nəticəsində Dağlıq Qarabağ münaqişəsinin həqiqətlər ilə bağlı tanıtım var: “Artıq bir çox iri dövlətlər tərəfindən Azərbaycanın probleminin həlli istiqamətində mövqeyinə dair dəstək artıb. Son dövrlər ərzində beynəlxalq ictimaiyyət tərəfindən müxtəlif səviyyələrdə səslənən bəyanatlar, qəbul edilmiş sənədlər Azərbaycanın haqlı və ədalətli mövqeyinin dəstəklənməsinin və daha da güclənməsinin növbəti göstəricisidir. Buna bariz nümunə kimi ABŞ-ın Ermənistandakı səfiri və ermənipərəst mövqeyi ilə seçilən Riçard Millsin Ermənistan KİV-nə verdiyi müsahibəsində münaqişənin həllinin “sülh naminə torpaq” prinsipinə və işğal olunmuş ərazilərin azad edilməsinə əsaslanmanın vacibliyi ilə bağlı fikirlərini göstərər bilərik”.

sia.az