Siyasət

  • 4 199

İntiqam Babayev: Dövlət gənclər siyasəti çox uğurlu nəticələr verməkdədir

image

“Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti çox uğurlu nəticələr verməkdədir”. Bu fikri gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.

İ.Babayev bildirib ki, gənclərin hərtərəfli inkişafı ilə bağlı Azərbaycan ciddi nailiyyətlər əldə edib. Onun sözlərinə görə, bu gün dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində gənclik mövzusu yenə də əsas prioritet istiqamətlərdən biri hesab olunur.
“Gənclərin hərtərəfli inkişafı, mükəmməl təhsil əldə etməsi, müxtəlif sahələr üzrə potensiallarının aşkar edilərək bacarıqlarının stimullaşdırılması üçün hərtərəfli şərait yaradılıb. Bu gün biz müstəqilliyimizin tarixi qədər yaşı olan yeni bir nəslin formalaşmasının şahidiyik. Azərbaycan gəncliyi ölkə daxilində bütün sahələrdə öz dəsti-xəttini, potensialını, bilik və bacarığını nümayiş etdirir. Eyni zamanda, dünya miqyasında müxtəlif mötəbər kürsülərdə Azərbaycanı layiqincə təmsil edir, Azərbaycan adının qürurla çəkilməsi üçün səylərini əsirgəmirlər”, - deyə nazir müavini vurğulayıb.

yap.org.az

Digər xəbərlər