Siyasət

  • 4 235

"İnzibati Xətalar Məcəlləsinə ümumi dəyişiklik edilsin" TƏKLİF

image

Milli Məclisin deputatı Siyavuş Novruzov İnzibati Xətalar Məcəlləsinə ümumi dəyişiklik edilməsini təklif edib. SİA-nın xəbərinə görə, parlamentin bu gün keçirilən iclasında çıxış edən S.Novruzov söyləyib ki, İnzibati Xətalar Məcəlləsinin müzakirəyə çıxarılıb təkmilləşdirilməsinə ehtiyac var: “Demək olar ki, hər iclasda biz İnzibati Xətalar Məcəlləsinə bir neçə dəfə dəyişiklik edirik. Təklifim odur ki, Məcəllənin özü müzakirəyə çıxarılsın və təkmilləşdirilsin. Məcəllənin özünə ümumilikdə baxılmalıdır”.

sia.az

Digər xəbərlər