Siyasət

  • 4 398

Ermənistanın regional münasibətlərdə iflası RƏY-ÖZƏL

image

“Ermənistan müstəqil dövlət deyil ki, bu dövlətin gələcəyi haqqında da danışılsın. Ermənistan o zaman müstəqil dövlət ola bilər ki, Azərbaycanla müharibəni bitirsin və qonşuları ilə normal münasibət formalaşdırsın”. Bu fikirləri SİA-ya Milli Məclisin deputatı Asim Mollazadə region dövlətləri və beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.Deputat söyləyib ki, O deyib ki, Ermənistan əslində Rusiya ilə İranın əlində bir oyuncaqdır: “ Onlar istədikləri zaman Ermənistandan məqsədləri üçün istifadə edə bilərlər. Ermənistan Azərbaycanın ərazilərini işğalda saxlamaqla regionda ölkəmiz və Türkiyə tərəfindən reallaşan heç bir layihədə iştirak edə bilməyəcək. Bu baxımdan Ermənistan istənilən çirkin əməllərdə iştirakçı ola bilər, amma problem həllini tapmayana qədər onun bir dövlət kimi inkişaf etmək üçün heç bir perspektivi yoxdur”.30 oktyabr tarixində İstanbulda Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin altıncı üçtərəfli görüşü keçirilib. Görüşün nəticəsi olaraq üç ölkənin xarici işlər nazirləri tərəfindən imzalanan bəyannamədə İran tərəfindən açıq-aşkar Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək ifadə olunmasına gəlincə A. Mollazadə söyləyib ki, bu gün İran Ermənistana ərzaq və enerji baxımından ən çox dəstək göstərən ölkə olsa da, onun bu addımı göstərir ki, ciddi məqamlarda İran Ermənistana fikir verməyəcək: “Ermənistan yürütdüyü destruktiv siyasət nəticəsində qonşu dövlətlərlə və beynəlxalq ictimaiyyətlə münasibətlərdə hərtərəfli gərginliyə malikdir. Nəticə etibarilə, Ermənistanın qonşu və region dövlətləri, o cümlədən aparıcı dövlətlər və güc mərkəzləri ilə münasibətləri büsbütün iflasa uğrayıb”.

sia.az

Digər xəbərlər