Siyasət

  • 2 945

“Ermənistan hələ də beynəlxalq təşkilatlardan yadım dilənir” AÇIQLAMA

image

"Hesab edirəm ki, Avropa İttifaqı hakimiyyətdə Sarkisyan qalsa idi belə, yenə də Ermənistana az maliyyə vəsaiti ayrılacaqdı". Bunu SİA-ya açıqlamasında Millət vəkili Aydın Mirzəzadə deyib.Onun sözlərinə görə, iş burasındadır ki, beynəlxalq təşkilatlar eyni ölkəyə daima yardım edə bilməzlər: "Adətən keçid dövrünü yaşayan və yaxud da özlərindən asılı olmayaraq müəyyən təbii fəlakətlə üzləşən ölkələrə yardımlar edilir. Ancaq Ermənistan artıq müstəqilliyini 27-ci ilini yaşayır və hələ də beynəlxalq təşkilatlardan yadım dilənməkdə davam edir. Tamamilə mümkün idi ki, hakimiyyətdə kimin olmasından asılı olmayaraq bu yardımlar azalacaq idi. Bu, bir daha Ermənistan hakimiyyətinə özünü sərbəst şəkildə vəsaitlər qazanmaq, öz büdcəsini öz fəaliyyəti ilə doldurmaq barəsində verilən bir mesajdır".

sia.az

Digər xəbərlər