Siyasət

  • 3 502

“Bu, Azərbaycan iqtidarının uzun illər apardığı fəaliyyətinin nəticəsidir” ÖZƏL-RƏY

image

“Doing business” hesabatında Azərbaycanın 190 ölkə arasında 25-ci yerdə qərarlaşması Azərbaycan iqtidarının uzun illər apardığı fəaliyyətinin nəticəsidir. Belə bir nailiyyəti qısa zamanda qazanmaq mümkün deyil”. Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.Onun sözlərinə görə, ilk əvvəl Ümummilli Lider Heydər Əliyevin, sonra isə onun siyasi kursunu davam etdirən Prezident İlham Əliyevin səyləri nəticəsində Azərbaycanda durmadan dövrün tələblərinə cavab verən islahatlar aparılır: “Konstitusiyada dəyişiklik edildi, özəlləşmə aparıldı, sahibkarlığın inkişafı üçün çox ciddi addımlar atıldı. Prezidentimizin vaxtaşırı sahibkarlarla görüşü, regionlara səfər etməsi, problemlərlə yaxından tanış olması islahatların dərinləşməsinə, ona keyfiyyət xarakteristikasının verilməsinə gətirib çıxarır. Qeyd edim ki, bundan əvvəl Azərbaycan 60-cı yerlərdə qərarlamışdı. Qısa zamanda Azərbaycan artıq keçmiş post-sovet məkanında islahatların sürətinə görə, ikinci yerdə qərarlaşdı. Əgər torpaqlarımızın bir hissəsi Ermənistan tərəfindən işğal edilməsə idi, bir milyondan çox məcburi köçkün faktoru olmasa idi onda hesab edirəm ki, biz daha öncül yerlərdə yer tuta bilərdik. Bununla belə yenə də müvafiq təşkilatlar tərəfindən analiz aparılır və islahatların bundan sonra da durmadan davam etdirilməsi nəzərdə tutulur”.

sia.az

Digər xəbərlər